BAKI, 11 aprel — Sputnik. Futbol fanatı sevimli komandasına görə arvadını qumara qoyub və uduzub.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Mançestr Siti"-nin tanzaniyalı pərəstişkarı Amani Stenli həyat yoldaşını "Mançestr Yunayted"-lə oyunda qalibiyyəti üçün mərcə qoyub və uduzub.
Azarkeş "qırmızı şeytanları" dəstəkləyən dostu Şilla Toni ilə müqavilə bağlayıb. Müqavilədə qeyd edilib ki, əgər "Mançestr Siti" qalib gəlməsə, Stenli həyat yoldaşını bir həftəlik dostuna verəcək. O, həmçinin qeyd edib ki, müqaviləni imzaladığı zaman sağlam düşüncədə olub.
Xatırladaq ki, aprelin 7-də keçirilən oyunun ilk 30 dəqiqəsində "Mançestr Siti" 2:0 hesabı ilə öndə olub. İkinci hissədə isə Pol Poqba hesabı bərabərləşdirib. Daha sonra Kris Smollinqin zərbəsi "Yunayted"-ə qələbə gətirib — 3:2.
Bu məğlubiyyət "Mançestr Siti"yə vaxtından əvvəl İngiltərə çempionu olmağına icazə verməyib. Çempionatın bitməsinə 6 tur qalıb.