CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət rüsumu artırıldı, qiymətlərə təsiri isə paytaxt və bölgələr üzrə dəyişəcək

© Sputnik / Murad OrujovПередача денег из рук в руки
Передача денег из рук в руки - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, elə də böyük olmasa da, kimin üçünsə müəyyən qədər xərcdir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün dövlət rüsumları artırılıb. Bu, "Dövlət rüsumu haqqında" qanuna iyunun ayının 12-də edilən dəyişiklikdə əksini tapıb.

Şəxsi evlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əmlak almaq istəyənlərin diqqətinə: O çıxarışlar mülkiyyət hüququnu tanımır

Dəyişikliyə görə, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum 200 manatdan 250 manatadək artırılır. Dövlət rüsumu Bakı şəhəri üzrə 100 faiz, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faiz, digər regionlar üzrə isə 50 faiz məbləğində ödənilir. Qeyd edək ki, mövcud qanuna görə, Bakı şəhəri üzrə rüsum 200 manat, digər şəhər və rayonlar üzrə isə 80 manatdır.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında bu dəyişikliyə münasibət bildirib. O deyib ki, müəyyən xərcləri bağlamaq üçün dövlət rüsumunun artırılması mümkündür.

"Rüsumun artmasının isə daşınmaz əmlak bazarına təsiri olur. Xatırlayın, bir vaxtlar aqressiv vergi şərtləri tətbiq etdilər. Yəni yaşadığın obyektin, mənzilin alındığı müddətlə satıldığı müddətə baxılırdı. Əgər alqı-satqı arasında fərq 3 ildən tez olurdusa, gəlir vergisi verilməli idi. Bu da bazara mənfi təsir etdi və bazarda alqı-satqıların sayını minimuma endirdi" — N.İbrahimov deyib.

Onun sözlərinə görə, xərclərin artımı təbii ki, bazara mənfi təsir göstərir: "Düzdür, bu, elə də böyük xərc deyil. Amma kimin üçünsə bu, müəyyən qədər xərcdir. Az da olsa, təbii ki, bazara təsiri var. Fakt odur ki, xərclər artır, yəni satışa xərclənən pullar artır".

Ekspert Bakı və regionlar üzrə dövlət rüsumlarının fərqli olmasını düzgün hesab edib: "Çünki regionda orta əmək haqqı ilə paytaxtdakı orta əmək haqqını müqayisə etmək olmaz. Ən azı 2 dəfə fərq olmalıdır".

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında dövlət rüsumunun artırılmasının daşınmaz əmlak bazarına bir təsirinin olmayacağını deyib: "Dövlət rüsumlarının artırılması heç bir halda bazara təsir etməyəcək və bunun bazara təsir etmək imkanı da məhduddur. Çünki rüsumlar elə də çox artırılmayıb. Hər bir halda əmlakın dəyərinin nəzərə alınması müsbət hal olardı".

Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Ramil Osmanlı: “Əmlak bazarındakı qiymət dəyişiklikləri mövsümlə əlaqədardır”

Ekspert qeyd edib ki, rüsumların artırılması, ola bilər, müqavilələri qeydiyyata alan orqanın cari xərclərinin bağlanması ilə əlaqədardır.

R.Əliyev də Bakı və regionlar üzrə dövlət rüsumlarının fərqli olmasını düzgün hesab edib: "Regionlarda əmlakların dəyəri elə də çox olmur. Diferensiallaşma təkcə rüsumlar sahəsində deyil, ümumiyyətlə, digər sahələrdə də olmalıdır".

Qeyd edək ki, qanun layihəsinə əsasən, müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, o cümlədən yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb. Qanun layihəsinin məqsədi daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə müqavilələrin təsdiqi üçün rüsumların regionların iqtisadi aktivliyinə uyğun olaraq diferensiallaşdırılmasıdır.

Xəbər lenti
0