Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vaşinqton bütün dünyada şüara çevirdiyi prinsipindən İsrail naminə imtina etdi

© Photo : Kobi Gideon/Government Press Office (GPO)/File Handout via REUTERSTramp və Netanyahu
Tramp və Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu qərar bütün dünyada insan haqlarının real şəkildə qorunmasının ABŞ-ın marağında olmadığını göstərir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Gözlənilməz qərarları ilə yadda qalan Tramp Administrasiyası bu dəfə də atdığı radikal addımlarla yenidən dünyanın gündəminə gələ bilib. Belə ki, Birləşmiş Ştatlar BMT yanında İnsan Haqları Şurasından çıxması barədə qərar qəbul edib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley - Sputnik Azərbaycan
Birləşmiş Ştatlardan radikal addım

Nə qədər qəribə səslənsə də, müvafiq qərarı açıqlayan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli (Nikki Haley), eyni zamanda bəyan edib ki, "ABŞ-ın İnsan Haqları Şurasından çıxması bizim insan haqları sahəsində öhdəliklərimizdən geri çəkilməyimiz anlamına gəlmir".

Heyli çıxışının sonunda Şuranı ikiüzlülükdə və tamahkarlıqda ittiham etməkdən belə, çəkinməyib. Birləşmiş Ştatların bu qərarı dünya ölkələri tərəfindən də birmənalı olaraq qarşılanmayıb. Belə ki, dünyanın əksər ölkələri ABŞ-ı bu qərarına görə qınayıb, İsrail rəhbərliyi isə qərardan dərhal sonra baş nazir Benyamin Netanyahu səviyyəsində Tramp Administrasiyasının bu qərarını alqışlayıb.

Sputnik Azərbaycan məsələ ilə bağlı Rusiyanın "Strateq-PRO" analitik mərkəzinin direktoru Aleksandr Vedrussov və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın fikirlərini öyrənib.

Vedrussov hesab edir ki, ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmasının əsas səbəblərindən biri, bəlkə də birincisi İsraillə bağlıdır: "Amerikalıların fikrincə, Şura həddən artıq Fələstin — ərəb yönlü mövqe sərgiləyir. Bu vəziyyətdə isə uzun müddət İsrailin tərəfdaşı, strateji partnyoru olan ABŞ, xüsusilə İsrailə yaxınlığı ilə seçilən Tramp Administrasiyası Şuranın tərkibində olmamaq barədə qərar qəbul etdi".

Analitikin sözlərinə görə, bu qərarın arxasında kimlərin dayandığı məlumdur: "Daha geniş anlamda danışsaq, Birləşmiş Ştatlar üçün insan haqları anlayışı həmişə spesifik xarakterə malik olub. Məsələn, onları Şurada insan haqlarının kobud şəkildə pozulduğu Səudiyyə Ərəbistanının olması, hətta bu quruma sədrlik etməsi belə, narahat etməyə bilər. Lakin Venesueladan söhbət düşdükdə amerikalılar qurumda bu ölkənin təmsil olunmasını da tənqid edə bilərlər".

"ABŞ özlərinə sərf edən, ərazilərdə, ölkələrdə insan haqları şüarından istifadə edə bilirlər. Nümunə kimi Suriyanı göstərmək olar. Birləşmiş Ştatlar səhərdən axşama kimi Raqqanı, İraq Mosulunu bombalaya bilər, lakin sadəcə rusların Hələbdə nəsə etməsinə görə hay-küy yarada bilərlər. Bu ikili standartlar o qədər ABŞ siyasətinə kök atıb ki, Şuranın hazırkı heyətində bu qurumda olmağın onlara sadəcə sərf etmədiyi qərarına gəliblər" — A.Vedrussov deyib.

Araz Əlizadə, politoloq - Sputnik Azərbaycan
Deputat: İnsan haqları ABŞ və Qərbin əlində dəyənəkdir

Onun fikrincə, ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması ilə heç bir kritik, sensasiyalı hadisə baş verməyib: "Yəqin ki, ABŞ bu qərarı ilə növbəti dəfə öz prioritetlərini nümayiş etdirməyə qərar verib. Bu prioritetlər hamıya aydındır. Bu qərar bütün dünyada insan haqlarının – sosial və vətəndaş haqlarından asılı olmayaraq — real şəkildə qorunmasının ABŞ-ın marağında olmadığını göstərir".

Politoloqun dediyinə görə, İsrail onsuz da insan haqlarının müdafiəsinin təmin olunmasına görə elə də seçilmir: "Biz bunu bu yaxınlarda Fələstin ərazilərində baş verən qanlı toqquşmalar zamanı da gördük. Həmin vaxt baş verənlər beynəlxalq hüquq və normalara, BMT qətnamələrinə uyğun deyildi. Məhz buna görə də İsrail rəhbərliyi, baş naziri Benyamin Netanyahu ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxması barədə qərarını alqışlayır", — politoloq əlavə edib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza isə Birləşmiş Ştatlar hökumətinin onilliklər ərzində yalanlarına görə BMT-nin İnsan Haqları Şurasını tənqid etdiyini xatırladıb: "Rəsmi Vaşinqtona görə bu təşkilat nəinki insan haqları üçün az bir iş görür, hətta faktiki olaraq bütün dünyada insan haqlarına zərər vurur. Çünki qurumun üzvlərindən bəziləri – Çin, Venesuela, Konqo Demokratik Respublikası dünyada ən çox insan haqlarının pozulduğu ölkələr siyahısındadır".

Brayza qeyd edib ki, ABŞ, həmçinin insan haqlarının müdafiəsindən daha çox siyasi təşkilata çevrildiyi üçün Şuranı tənqid edir: "Vaşinqton, adətən, bu məsələdə İsraili nümunə göstərir. Son illər Şura tərəfindən İsrail əleyhinə 5 rəsmi qətnamə qəbul olunub ki, bu da Şimali Koreya, Suriya və Venesuelaya qarşı qəbul olunan qətnamələrin birlikdə sayından çoxdur".

Rusiyalı ekspert və sabiq amerikalı diplomat ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmasının nəticələrinin ağır olmayacağı məsələsində həmfikirdirlər.

Vedrussov beynəlxalq hüququn eroziyaya uğramasının və dünya birliyinin dünyada insan haqlarının pozulmasına laqeyd davranmasının, sadəcə təəssüf hissi doğurduğunu qeyd edir: "ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması barədə qərarı nə BMT-nin beynəlxalq işlərdəki roluna, nə də BMT Təhlükəsizlik Şurasının işinə təsir edəcək".

Sabiq səfir də Birləşmiş Ştatların bu qərarının Yaxın Şərqdə təhlükəsizliyi və İsrail ilə Fələstin arasında münasibətlərə təsir etməyəcəyini vurğulayıb.

Xəbər lenti
0