CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsiz vətəndaşların sosial müdafiəsinə yönəlik mühüm addım atılır

© Sputnik / Murad OrujovЖенщина пересчитывает монеты, фото из архива
Женщина пересчитывает монеты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı yaradılacaq

BAKI, 21 iyun — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Məşğulluq haqqında" qanun layihəsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Hadi Rəcəbli layihə barədə məlumat verib.

İşsiz adam - Sputnik Azərbaycan
CƏMİYYƏT
İşsizlərə şad xəbər

Bildirilib ki, bu Qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də iş axtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

Həmin qanunun 7-ci maddəsi "Vakansiya bankının yaradılması" adlanır. O, maddədə deyilir ki, vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

Elektron informasiya sistemi işəgötürənlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə və bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.

Vakansiya bankının yaradılmasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi fəaliyyətinə lisenziyası olan və müvafiq icra hakimiyyəti orqanı ilə elektron qaydada informasiya mübadiləsinə dair razılaşması olan hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarından istifadə edilə bilər.

Bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə elektron informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 31-ci maddəsi "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı adlanır.

Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı yaradılır.

"Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
ELM
Müəllimliklə məşğul olmağın şərtləri ağırlaşdırılır - Yeni tələb

Bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş nəzarət tədbirlərinin həyata keçirilməsi üçün "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq risk qruplarının müəyyən edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilnməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.

Bu qanunun tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

Qanun 6 fəsil 37 maddədən ibarətdir.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti
0