ELM

Müəllimliklə məşğul olmağın şərtləri ağırlaşdırılır - Yeni tələb

© Sputnik / Murad OrujovУчебный процесс в одной из средних школ Баку, фото из архива
Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlk dəfə işə qəbul olunanlar beş il müddətində sertifikasiyadan keçirilməyəcək

BAKI, 22 may — Sputnik. Azərbaycanda müəllimlər sertifikasiyaya cəlb ediləcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər təklif edilir.

Dəqiq fənlərə üstünlük verən Gülçin gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır - Sputnik Azərbaycan
ELM
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün yeni xəbər

Dəyişikliyə əsasən, məcəlləyə yeni 67-2-ci maddə (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikasiyası) əlavə edilir. Həmin maddədə deyilir ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında" qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.

Həmin maddəyə görə, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilməyəcək.

Bundan əlavə, ilk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər də sertifikasiyadan keçirilməyəcək.

Sertifikasiyadan "Təhsil haqqında" qanuna uyğun olaraq təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

Bundan əlavə, "Təhsil haqqında" qanuna əlavə təklif edilir. Təklifə əsasən, dövlət ümum təhsil müəssisələrində işləyən təhsil verənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiya olunacaqlar.

Orta məktəb müəlliməsi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Müəllimlər üçün vacib elan

Dəyişikliyə görə, həmin qanuna yeni 36-2-ci maddə  (Dövlət ümum təhsil müəssisələrində təhsil verənlərin sertifikasiyası) əlavə olunur. Həmin maddəyə görə, dövlət ümum təhsil müəssisələrində işləyən təhsil verənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiya olunacaqlar. Dövlət ümum təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikasiya qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Aşağıdakı şəxslər sertifikasiya olunmayacaqlar: hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər.

Sertifikasiyadan keçən şəxslərə 5 il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Üzrlü səbəblərdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunacaqlar.

Təkrar sertifikasiyadan keçməyən şəxslərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənəcək.

Xəbər lenti
0