Film kimi həyat: Bu qadının bəxti həmişə gətirib

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidЭгейское море
Эгейское море - Sputnik Azərbaycan
Abunə olmaq
Titanik də daxil üç gəmi qəzasından xilas olmağı bacaran əfsanəvi qadının hekayəsi çox maraqlıdır

BAKI, 16 iyun — Sputnik. "Titanik" də daxil olmaqla üç gəmi qəzasından xilas olmuş qadın kimi tarixə adını yazdıran Violet Jessop 1887-ci ildə doğulub. O, bütün ömrünü okeanlarda keçirib, illərlə gəmilərdə xadimə işləyib.  

Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, Jessop əslən İrlandiyadan olan, lakin Argentinada yaşayan Villiam və Katerina Jessop cütlüyünün ailəsində dünyaya gəlib. Ən böyükləri Violet olmaqla, ümumilikdə 9 uşağı olan cütlüyün üç övladı kiçik yaşlarında ölüb. Vieolet də uşaq vaxtı vərəm xəstəliyinə tutulub. Uzun mübarizədən sonra o, sağ qalmağı bacarıb.

Violetin həyatı atasının vəfatından sonra ailəsiylə birlikdə Britaniyaya köçməsi ilə dəyişib. Qısa müddətdən sonra anasını da itirən gənc qadın o dövrün məşhur şirkətlərindən sayılan “Royal Mail Line”də xadimə kimi işə başlayıb. 

Avtomobil qəzası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayram günü ağır qəza: Maşınla heyvan sürüsünə girdi, 3 nəfər öldü

Daha sonra Violet 20 sentyabr 1911-ci ildə lüks sərnişin gəmisi “RMS Olympic”də işə düzəlib. Səfərlərdən birində gəmi “HMS Hawke” adlı döyüş gəmisi ilə toqquşub. Böyük hissəsi suyla dolan “RMS Olympic” möcüzəli şəkildə “Southampton” limanına qayıtmağa müvəffəq olub. Beləliklə, Violet bu məşhur qəzadan sağ çıxa bilib.

Sən demə, bu, sadəcə başlanğıc imiş. Hadisənin üzərindən bir il keçməmiş Violet bu dəfə də tarixin gördüyü ən böyük gəmi qəzasına şahidlik edib. Söhbət “Titanik” qəzasından gedib. O, 10 aprel 1912-ci ildə Titanikdə işə başlayır, qəza isə 4 gün sonra baş verib.  Qəzadan sağ çıxan gənc qadın daha sonra yaşadıqlarını belə nəql edib: “Gəmi iki saat içində ortadan bölündü. Həmin vaxt mən ilk iş olaraq ingilis dilində bilməyən sərnişinləri göyərtəyə çağırdım. Onlara nə edəcəkləri ilə bağlı təlimat verirdim”.

Vioelt daha sonra 16 nömrəli xilasedici qayığa minib. Bu məqamda ata-anası itkin düşən balaca bir uşağı gətirib onun qucağına qoyublar. “Carpathia” adlı bir gəmi tərəfindən həmin qayıqdakı sərnişinlər xilas olunub. Elə gəminin göyərtəsində olarkən bir qadın Violetin qucağındakı uşağı götürür və sürətlə oradan ayrılıb. Onsuz da soyuqdan donan Violet qadının təşəkkür belə etmədən uşağı götürməsinə çox da fikir vermib. Təqaüdə çıxdıqdan sonra bir axşam ona zəng gəlib. Zəng edən şəxs “Titanik” batarkən bir uşaq qurtarıb-qurtarmadığını soruşub. “Hə” cavabı aldıqdan sonra həmin uşağın özü olduğunu deyib. 

İstanbulda dumanlı hava - Sputnik Azərbaycan
İstanbulda həyəcan: Bütün gəmi reysləri təxirə salınıb

“Titanik”-dən dörd il sonra 1916-cı ildə Violet “Britannic” adlı gəmidə işə başlayıb. Bəxtsizlik onu burada da yaxalayıb. Elə həmin il gəmi qəzaya uğrayır. 30-dan çox adamın öldüyü hadisədə Violet xilas ola bilib.

Bu üç qəza onu dənizlərdən uzaqlaşdırmır. Müharibədən sonra daha bir neçə gəmidə işləyib.

O, 1971-ci ildə 83 yaşında ürək çatışmazlığından olüb.

Violet Jossepin bu qəribə hekayəsinə Titanik filmində də rast gələ bilərsiniz. Əvvəldə arxa planda qalan Lucy adlı xarakter  gəmi batarkən ingiliscə bilməyən sərnişinlərə təlimat verir. Tamamilə realdakı kimi…

Xəbər lenti
0