BAKI, 10 aprel — Sputnik. İstanbulda güclü duman səbəbindən bütün gəmi reysləri təxirə salınıb. Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, dumanın yavaş-yavaş çəkilməsindən sonra şəhərarası gəmi reysləri yenidən başlayıb.
Gəmi reyslərinin təxirə salınması səbəbindən Mərmərə tunelində qarışıqlıq yaşanır. Güclü duman səbəbindən avtomobillərin də yavaş hərəkət etdiyi bildirilib.