BAKI, 16 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında C qrupunda yarışan Fransa və Avstraliya yığmaları qarşı-qarşıya gəliblər.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, Kazan şəhərində keçən görüşün birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də hesab açılmayıb.
İlkinci hissənin 13-cü dəqiqəsində Avstraliya yığmasının qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Antuan Qrizmann şansını əldən verməyib — 1:0. Qeyd edək ki, cərimənin olub-olmadığını yoxlamaq üçün videotəkrara baxmalı olub.
İki dəqiqə sonra isə 11 metrlik cərimə zərbəsi Fransa yığmasının qapısına təyin edilib. Yumtiti cərimə meydanşasında əllə oynayıb. Bu dəfə Yedinak öz şansını buraxmayıb — 1:1.
Oyunun 80-ci dəqiqəsində isə Poqbanın zərbəsi müdafiəçilərdən birinə dəyərək Avstraliyanın qapısından keçib — 2:1.
Avstraliya millisinin cavab topu vurmaq cəhdləri nəticə verməyib və fransızlar ilk qələbələrini qazanıblar.
Bu qrupda həmçinin Peru və Danimarka yığmaları da yarışırlar.