Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

DÇ: Rusiya rəqibini darmadağın etdi

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidRusiya - Səudiyyə Ərəbistanı oyunu
Rusiya - Səudiyyə Ərəbistanı oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
Gözlənildiyi kimi, Rusiya komandası bu oyunda qələbə qazanıb

BAKI, 14 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə 21-ci dünya çempionatının ilk oyunu baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, açılış oyununda çempionat sahibi Rusiya komandası ilə Səudiyyə Ərəbistanı yığması üz-üzə gəlib.

Gözlənildiyi kimi, Rusiya komandası bu oyunda qələbə qazanıb. Amma çempionatın autsayderlərindən sayılan Rusiya millisi gözlənilmədən güclü oyun nümayiş etdirib və 5:0 hesablı qələbə qazanıb. Qolları Yuri Qazinski (12), Denis Çerışev (43, 90+1), Artyom Dzyuba (71), Aleksandr Qolovin (90+4) vurublar.

Xatırladaq ki, dünya çempionatı Rusiyada ilk dəfə keçirilir. Çempionat iyunun 14-dən iyulun 15-nə kimi Rusiyanın 11 şəhərində — Moskva. Sankt-Peterburq, Samara, Saransk, Rostov-Don, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijniy-Novqorod və Yekaterinburq şəhərlərində baş tutacaq. 

Xəbər lenti
0