Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qalmaqallar dünya çempionatından qabaq start götürüb...

© REUTERS / Juan MedinaFutbol üzrə İspaniya yığmasının baş məşqçisi Xulen Lopetegi
Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Xulen Lopetegi - Sputnik Azərbaycan
Abunə olmaq
Təşkilat 51 yaşlı Lopeteginin yeni müqaviləsi barədə imzalanmaya 5 dəqiqə qalmış xəbər tutub

BAKI, 13 iyun — Sputnik. Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Xulen Lopetegi dünya çempionatının başlamasına bir gün qalmış istefaya göndərilib. Bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) sədri Luis Rubiales bildirib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bir gün öncə Madridin "Real" komandası Lopeteginin dünya çempionatından sonra İsoaniya yığmasındakı postunu tərk edərək klubda baş məşqçi olacağını elan edib. 

"Mən özümü xəyanətə uğramış kimi hiss etmirəm, lakin problem hər şeyin necə həyata keçirilməsindədir: danışıqlar RFEF-in iştirakı olmadan keçirilib. Biz buna göz yuma bilmərik. Lopetegi böyük peşəkardır, lakin formanın əhəmiyyəti var" — Rubiales deyib.

Onun sözlərinə görə, təşkilat 51 yaşlı Lopeteginin yeni müqaviləsi barədə imzalanmaya 5 dəqiqə qalmış xəbər tutub. Onun yerinə "Real"ın keçmiş oyunçusu Fernando Yerro təyin olunub.

Lopetegi İspaniya yığmasına 2016-cı ildən başçılıq edir və bu postda Visente del Boskeni əvəz edib. Onun rəhbərliyi altında komanda məğlubiyyətə uğramayıb. İspanlar qruplarında birinci yeri tutaraq dünya çempionatına vəsiqə qazanıblar. Lopeteginin isə 2020-ci ilədək yığma ilə müqaviləsi var idi. İspanlar dünya çempionatnda Portuqaliya, Mərakeş və İran yığmaları ilə bir qrupa düşüblər.

Xəbər lenti
0