Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionları tarixində bir ilk - FİFA qərar verdi

© Sputnik / Alexander Wilf / Mediabanka keçidКубок FIFA
Кубок FIFA - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvada FİFA-nın 68-ci konqresi keçirilib

BAKI, 13 iyun — Sputnik. 2026-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyən edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, qərar bu gün Moskvada keçirilən FİFA-nın 68-ci konqresində verilib.

Çempionatın ev sahibliyi üçün iki namizəd yarışıb. Mərakeş ABŞ-Kanada-Meksika “üçlüyü” ilə mübarizə aparıb.

Səsvermə nəticəsində yarışın ABŞ, Kanada və Meksikanın birlikdə təşkil etməsinə qərar verilib. "Üçlük" 134 səs toplayıb. Mərakeşə 65 səs verilib. Bir nəfər bitərəf qalıb.

Dünya çempionatları tarixində ilk dəfədir ki, yarışı üç ölkə birdən təşkil edir. ABŞ və Meksikanın dünya çempionatına ev sahibliyi etməkdə təcrübələri var. ABŞ 1994-cü ildə, Meksika isə 1970 və 1986-cı illərdə mundialı qəbul edib.

Qeyd edək ki, 2026-cı ildə dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

2018-ci ildə dünya çempionatı Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.

Xəbər lenti
0