Sumqayıtda "bomj"u döyə-döyə öldürdülər

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Adamı hamının gözü qarşısında döyüblər, sonra isə meyiti tapılıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Sumqayıtda cavan adamın cəsədi tapılıb. Hüquq-mühafizə orqanları onun cinayətin qurbanı olduğu qənaətindədir. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Təcili tibbi yardım - Sputnik Azərbaycan
HADİSƏ
Salyan sakini dəhşətli qətl törətdi

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Nuriyev Emin Cəmil oğlunun meyiti iyunun 11-də gecə şəhər avtovağzalının qarşısındakı parkın ərzisində, Sülh küçəsində tapılıb. Nuriyevin meyiti məhkəmə-tibbi ekspertiza və ölümün səbəbinin araşdırılması üçün morqa göndərilib. Onun cinayətin qurbanı olduğu ehtimal edilir.

Bununla belə, şahidlərin sözlərinə görə, ötən gün gecə saatlarında Nuriyev naməlum kişi tərəfindən döyülüb. Bir müddət sonra onun ölü tapıldığı barədə informasiya yayılıb.

Hazırda Sumqayıt Şəhər Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Hələlik hadisə ilə bağlı saxlanan yoxdur. İstintaq cinayətin düzgün təsnifləşdirilməsi üçün ekspertizanın rəyini gözləyir. Sadəcə yalnız o məlumdur ki, Nuriyev səfil həyatı yaşayırmış və alkoqollu içki aludəçisi imiş. Onun yaşayış yeri də yoxdur.

Xəbər lenti
0