Paşinyan daha bir istəyinə nail oldu

© Sputnik / Igor Russak / Mediabanka keçidArmen Sarkisyan
Armen Sarkisyan - Sputnik Azərbaycan
Abunə olmaq
Sarkisyan Paşinyanın təkidi ilə yüksək rütbəli şəxsi istefaya göndərdi

BAKI, 12 iyun — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Armen Abraamyanın işdən azad olunması barədə sərəncam imzalayıb. Sputnik Ermənistan xəbər verir ki, Abraamyanın işdən azad olunması barədə prezidentə təklifi ölkənin baş naziri Nikol Paşinyan verib.

Председатель Следственного комитета Армении Агван Овсепян - Sputnik Azərbaycan
Ermənistanda sürpriz istefa

Prezidentin sərəncamı ilə bu vəzifəyə Vaqinak Sarkisyan gətirilib.

Qeyd edək ki, daha əvvəl Sarkisyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, sonra isə sülhməramlı briqadanın komandiri olub.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-də isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib.

Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.

Xəbər lenti
0