Ermənistanda sürpriz istefa

© SputnikПредседатель Следственного комитета Армении Агван Овсепян
Председатель Следственного комитета Армении Агван Овсепян - Sputnik Azərbaycan
Abunə olmaq
O, bundan sonra aktiv şəkildə elmi, pedoqoji və ictimai fəaliyyətlə məşğul olacağını bəyan edib

BAKI, 11 iyun — Sputnik. Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyan bu gün tutduğu vəzifədən istefa verib. Bu barədə Sputnik Azərbaycan Ermənistan İstintaq Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, Ovsepyan bu gün İstintaq Komitəsinin əməkdaşları ilə görüş keçirib və birgə fəaliyyətə görə onlara öz təşəkkürünü bildirib. Onun sözlərinə görə, vəzifədən getdikdən sonra aktiv şəkildə elmi, pedoqoji və ictimai fəaliyyətlə məşğul olacaq.

Avqan Ovsepyan 2014-cü ildən Ermənistan İstintaq Komitəsinin rəhbəri olub. Buna qədər — 1998-1999 və 2004-2013-cü illərdə Ermənistanın Baş prokuroru vəzifəsini tutub.

Xəbər lenti
0