Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi danışdı: Karyerasına son qoyur?

© REUTERS / Jason ReedMessi
Messi - Sputnik Azərbaycan
Abunə olmaq
O qeyd etmişdi ki, əgər indi çempion olmasalar heç vaxt olmayacaqlar

BAKI, 12 iyun — Sputnik. Argentina yığmasının hücumçusu Lionel Messi 2018-ci dünya çempionatından sonra karyerasına son qoyacağı barədə sualı cavablandırıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o verəcəyi qərarın oyunun nəticəsindən asılı olacağını bildirib.

"Bu bizim necə oynamağımızdan və bizim üçün necə olacağından asılıdır. Üç finalda məğlubiyyətimiz Argentina mətbuatı ilə əlaqəmizi çətinləşdirdi. Buna görə də biz finala çıxmağımıza fərqli olaraq baxırıq. Ora çıxmaq asan deyil. Bunu dəyərləndirmək lazımdır.

Barselonanın hücumçusu Lionel Messi həyat yoldaşı Antonella Rokusso ilə, 23 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
İDMAN
Yenicə ata olan Messi və oğlunun şəkli yayıldı - FOTO

Messi martın əvvəlində qarşıdakı oyunlar barədə fikrini bildirmişdi. O qeyd etmişdi ki, əgər indi çempion olmasalar heç vaxt olmayacaqlar.

Messi bir çox uğurlara imza atsa da, dünya çempionu ola bilməyib və Amerika Kubokunu qazanmayıb. 2014-cü il dünya Argentina milli komandası finalda 0:1 hesabı ilə Almaniya milli komandasına məğlub olub, Amerika Kubokunun həlledici matçında isə Çili milli komandasına uduzub.

Xatırladaq ki, Rusiyadakı Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Argentina komandası, İslandiya, Xorvatiya və Nigeriya komandaları ilə eyni qrupda oynayacaq.

Xəbər lenti
0