CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı veteranlar Rusiyadan pensiya ala bilərlər

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidRusiya rublu, arxiv şəkli
Rusiya rublu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Dövlət Duması azərbaycanlı Böyük Vətən Müharibəsi iştirakçılarına da pensiya verilməsini nəzərdə tutan qanunu müzakirəyə çıxarıb.

Zarina İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Böyük Vətən Müharibəsinin bir neçə yüz azərbaycanlı veteranı ola bilsin, yaxın gələcəkdə Rusiyanın xüsusi pensiyasını alsın.

Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda Rusiya Dövlət Dumasında "Veteranlar haqqında" qanuna düzəlişlərə baxılır. Qanun ümumi qələbənin qazanılmasındakı xidmətlərinə görə, SSRİ-nin qanuni varisi olan Rusiya Federasiyasından digər ölkələrdə yaşayan BVM veteranlarına aylıq pensiyanın verilməsini nəzərdə tutur.

Bununla yanaşı, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, hazırda Azərbaycanda 541 nəfər BVM iştirakçısı var. Bu rəqəmlər 2018-ci ilin may ayında aparılan məlumatların yenidən yoxlanması nəticəsində müəyyən edilib. 

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pensiya təminatı sistemində dəyişiklik: Yaş həddi artırıldı

Bu kateqoriyadan olan insanların sosial təminatı Azərbaycanın dövlət başçısının diqqət mərkəzindədir. Buna misal olaraq bildirək ki, 2018-ci ilin  1 aprel tarixinə olan məlumata əsasən, ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 388,05 manatdır. Pensiya ilə bərabər, İkinci Dünya müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü də ödənilir. Belə ki, dövlət başçısının müvafiq Fərmanı ilə 2008-ci ilin 1 sentyabrından Böyük Vətən müharibəsi əlillərinə Prezidentin təqaüdləri təyin olunaraq verilir və ötən dövrdə bu təqaüdlərin orta aylıq məbləği I qrup əlillər üçün 2 dəfədən çox artırılaraq 90 manatdan 182 manata, II qrup əlillər üçün 2,2 dəfə artırılaraq 70 manatdan 158 manata, III qrup əlillər üçün isə 2,4 dəfə artırılaraq 50 manatdan 121 manata çatdırılıb. Eyni zamanda, Böyük Vətən müharibəsi iştirakçılarına da 2012-ci ilin iyulun 1-dən Prezident təqaüdünün ödənilməsinə başlanılıb və ötən dövrdə bu təqaüdün də məbləğinin 2,2 dəfə artırılaraq 55 manatdan 121 manata çatdırılması təmin edilib.

II Dünya müharibəsi veteranı Əmrah Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Veteran: Məni toplu məzara atmışdılar, iniltimi eşidib, çıxardılar

Bununla yanaşı hər il 9 may Qələbə Günü ərəfəsində BVM-nin bütün yaşayan iştirakçıları, müharibə illərində arxa cəbhədə çalışan zəhmətkeşlər və həlak olmuş döyüşçülərin dul qadınları medal və ordenlərlə mükafatlandırılır və onlara prezident İlham Əliyev tərəfindən birdəfəlik maddi yardım göstərilir.

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, ƏƏSMN 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının və Sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərin birdəfəlik maddi yardımlarla təmin edilməsi üçün maliyyələşdirmə işləri həyata keçirilib. Sərəncam ümumilikdə 10 962 nəfər şəxsə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 541 nəfərin hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Qalan 10 421 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. Onların da hər biri 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.

Əlavə olaraq, BVM əlil və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması məqsədilə onlara 102 mənzilin və 1117 ədəd nəqliyyat vasitəsinin açarları təqdim edilib.

Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili bankların ölkənin inkişafına necə töhfə verə biləcəyini dedi

Rusiyada aparılan qanunverilik islahatlarına qayıdaraq bildirək ki, artıq bu ölkədə sözügedən təcrübə var. RF hazırda Baltik ölkələrində yaşayan və vahid sovet ordusunda xidmət keçən hərbi pensiyaçılara pensiya verir.

BVM veteranlarına gəlincə, Pensiya Fondunun məlumatına görə, hazırda Rusiyada onların sayı 100 mindən azdır. Ümumilikdə keçmiş SSRİ ölkələri ərazisində onların sayı 100-120 mindən artıq deyil. Hər keçən gün sözügedən müharibənin şahidlərinin sayı azalır.

Azərbaycanlı veteranlar nəyə ümid edə bilərlər? Rusiyada veteranların pensiyasının baza hissəsi 25-28 min Rusiya rublu təşkil edir. Əgər sözügegən qanun Dövlət Dumasında qəbul edilsə, bu pensiyaların ödənilməsi üçün illik 500 milyon dollara qədər vəsait tələb olunacaq.

Xəbər lenti
0