CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədrinin təklifi yenə etirazlara yol açdı: Dünya bunun əksinə gedir

CC0 / PUBLIC DOMAIN / Ailə masa arxasında, arxiv şəkli
Ailə masa arxasında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər hər bir ailə 1 və ya 2 uşaq ilə kifayətlənirsə, həmin millətdə bir müddət sonra azalma müşahidə olunur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çoxuşaqlı ailələrlə bağlı dəyişiklik edilməsini təklif edib. Belə ki, deputat Azərbaycanda "çoxuşaqlı ailə" məfhumunun beşdən üçə endirilməsini irəli sürüb.

Uşaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çoxuşaqlı ailələrlə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur

Maraqlıdır, ailələrdə uşaqların sayının azaldığı bir dövrdə millət vəkilinin bu təklifinin qəbul edilməsi Azərbaycanın ailə portretinə necə təsir edəcək? Sputnik Azərbaycan bu sualla mütəxəssislərə müraciət edib. Ekspertlərin Hadı Rəcəblinin təklifinə münasibətləri heç də birmənalı olmayıb.

Psixoloq Tariyel Faziloğlunun fikrincə, dövlətin hər bir sahəsində inkişaf olması üçün çoxuşaqlı ailələr mütləqdir: "Əgər hər bir ailə 1 və ya 2 uşaq ilə kifayətlənirsə, həmin millətdə bir müddət sonra azalma müşahidə olunur. Bu isə heç bir dövlətə nə siyasi, nə ictimai, nə də sosial cəhətdən sərf edir".

Onun sözlərinə görə, belə halları yaşayan dövlətlər çoxuşaqlı ailələrin sayını artırmaq üçün xüsusi proqramlar həyata keçirir: "Məsələn, Rusiya və digər bir neçə Avropa ölkəsində bu proqram həyata keçirilməyə başlandı. Bizdə də belə olmalıdır. Doğrudur, hazırda Azərbaycanda da yeni ailə quran gənclər 1-2 uşaq ilə kifayətlənirlər".

© ©KarikaturaÇoxuşaqlı ailə
Çoxuşaqlı ailə - Sputnik Azərbaycan
Çoxuşaqlı ailə

Psixoloq iddia edir ki, çoxuşaqlı ailələrdə uşaqlar daha sağlam mühitdə böyüyür və cəmiyyətdə özlərini daha tez tapırlar: "Bunun səbəbləri var. Əsas sosial səbəbdir. 1-2 uşaq olan ailələrdə uşaqlar antisosial mühitdə böyüyür və onlarda digər insanlarla ünsiyyət problemi yaranır. Həm də eqoist olurlar, daxili eqo hissləri yüksək olur. Bu da psixoloji pozuntularla nəticələnir. Təbii ki, bu da cəmiyyət üçün problemdir".

İkinci məsələnin genefondla əlaqəli olduğunu deyən müsahibimizin rəyinə görə, 3 uşaqdan çox olan ailələrdə uşaqlar həm psixoloji, həm də fiziki cəhətdən sağlam olurlar: "Ona görə də çoxuşaqlı ailələrin olması daha arzuolunandır.

"Son 20 ildə Azərbaycanda maksimum dərəcədə informasiya seli gender bərabərliyi, şəxsi azadlıq kimi fikirlər əhalini "zəhərləyib". İnsanlar məsuliyyətdən qaçmağa başlayıblar. Gənc ailələr, hətta 2 uşaq da istəmir. Bəzən valideynlərin təzyiqi nəticəsində ikinci uşağa razı olurlar. Ona görə də ailə institutu təşviq olunmalı, bu yöndə layihələr həyata keçirilməlidir ki, bu cür mənfi halların qarşısı alınsın", — deyə ekspert əlavə edib.

İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət başçısı çoxuşaqlı qadınlarla bağlı sərəncam imzaladı

Sosioloq Əhməd Mansurovun qənaətincə də, cəmiyyətin bütöv və tam şəkildə sistemləşməsi üçün çoxuşaqlı ailələrin sayı azalmamalıdır. Onun sözlərinə görə, əhalinin sayının azalması tendensiyasının yaranmaması üçün çoxuşaqlı ailələrin sayına təsir edəcək proseslər olmamalıdır.

"Gənc nəslin qayğıları əsas təsiredici qüvvə kimi burada rol oynayır. Ona görə də müxtəlif proqramlar həyata keçirərək inkişafa kömək etmək lazımdır, nəinki çoxuşaqlı ailələrin sayını azaldaq", — sosioloq qeyd edib.

Ə.Mansurov əlavə edib ki, müasir gənclərin müxtəlif bəzən bir uşaqla kifayətlənməsi sosial, maddi və digər problemlərə görə baş verir: "30 il öncə iki uşaqlı ailə azuşaqlı ailə sayılırdısa, bu gün 2 uşaqlı ailə çoxuşaqlı ailə sayılır. Buna müasir fikirlər də öz təsirini göstərir".

Xəbər lenti
0