CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət başçısı çoxuşaqlı qadınlarla bağlı sərəncam imzaladı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib
İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırılıb

BAKI, 23 fevral — Sputnik. Prezident İlham Əliyev fevralın 23-də "Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncam  beşdən çox uşağı olan qadınların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi daşıyır. 

Sərəncamla “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli fərmanı ilə müəyyən edilmiş müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

Prezident İlham Əliyev "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında" da sərəncam imzalayıb. 

Sərəncamla uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

Xəbər lenti
0