Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Resept: Şabalıd dolması

Abunə olmaq
Sputnik milli yemək olan “şabalıd dolması”nın hazırlanma qaydasını təqdim edir.

Dolma Azərbaycanın qədim yeməklərindən biridir. Təəssüf ki, torpağımızda, incəsənətimizdə, milli mətbəximizdə gözü olan mənfur qonşularımız bu yeməyi də öz adlarına çıxmağa çalışırlar. Ancaq çox millətlər yaxşı bilirlər ki, dolma türk yeməyidir. Elə adından da göründüyü kimi, "dolma" qədim türk sözü olub, "dolmaq" felindən götürülüb. Bu, bir daha göstərir ki, dolma bizim milli mətbəximizə məxsusdur.
Azərbaycanda dolmanın 10-a yaxın növü hazırlanır. Onlardan biri də şabalıd dolmasıdır. Sözügedən dolmanın bişirilmə qaydaları haqda Afaq Abbaslı məlumat verir.

Şabalıd dolmasının tərkibinə daxildir:

— Kələm
— Şabalıd
— Qoz
— Soğan
— Su
— göyərti (keşniş və şüyüd)
— Zövqə görə duz və istiot

Əvvəlcə kələm pörtülür. Yarpaqların ortasından keçən iri, sərt damarlar kəsilir. Həmin hissələr qazanın dibinə yığılır. Bu, dolmaları yanmadan qoruyacaq. Kələm yarpaqlar iridirsə, ikiyə bölünür. Hər yarpağın ortasına, təxminən, 2 xörək qaşığı dolusu içlik qoyulur. Yarpağın kənarları içəriyə doğru qatlanır və bükülür.

İçliyin hazırlanması: Öncə soğan yağda öldürülür. Daha sonra üzərinə şabalıd, döyülmüş qoz ləpəsi, keşniş, şüyüd və zövqə görə düz, istiot əlavə edilib qarışdırılır.
Hazırlanmış içlik kələmə büküldükdən sonra qazana yığılır. Üzərinə 1 stəkan su tökülərək 20 dəqiqə orta odda bişirilir.

Nuş olsun!

Xəbər lenti
0