Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bu sahə üzrə xüsusi proqram hazırlanır

© Sputnik / Rahim MuradovLerikdə taxıl sahəsi
Lerikdə taxıl sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Taxıl Fondunun rəhbəri: "Buğdanın 1 tonunun 300 manata qəbul olması ilə bağlı məlumat yaymışıq, bu, hazırkı bazar qiymətindən nisbətən yüksəkdir"

BAKI, 8 iyun — Sputnik. "Ərzaq təhlükəsizliyi, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması dövlət başçısının diqqət mərkəzindədir. Ərzaq təhlükəsizliyinin təmin olunması, idxaldan asılılığın azaldılması, özünü təminat səviyyəsinin yüksəldilməsi baxımından taxıl bitkisi, ərzaqlıq buğda xüsusi əhəmiyyətə malikdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib. 

İnək - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ölkəmiz Türkiyədən heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırır

Taxıl Fondunun rəhbəri bildirib ki, Azərbaycanda taxılçılıq sahəsində dövlət proqramı hazırlanır: "Taxılçılıq sahəsində dövlət proqramına dair tapşırıq verilib. Hazırda bu istiqamətdə işlər aparılır".

Z.Məmmədov bildirib ki, FHN hər il ənənəvi olaraq taxıl biçininin başlanması ilə əlaqədar dövlət ərzaqlıq buğda ehtiyatının yaradılması üçün fermerlərə müraciət edir: "Bununla bağlı nazirlik öz saytında, KİV-də məlumatlar yayır. Belə bir şərait yaradılır ki, onlar istehsal etdikləri məhsulları rahatlıqla bazara çıxarda bilsinlər. Taxıl Fondunun olmasının özü belə fermerlərə imkan verir ki, istehsal etdikləri yüksək keyfiyyətli ərzaqlıq buğdanı asanlıqla tədarük məntəqələrinə yüksək qiymətlə təhvil verib işlərini qura bilsinlər. Hələ ölkədə buğda biçini demək olar ki, kütləvi şəkildə başlamayıb. Hələ ki, arpa biçilir. Amma biz fermerlərimizin maraqlarını nəzərə alaraq bu işi daha tez başlamağa qərar verdik ki, onlar da hazırlıqlarını görsünlər. Buğdanın 1 tonunun 300 manata qəbul olması ilə bağlı məlumat yaymışıq. Bu, hazırki bazar qiymətindən nisbətən yüksəkdir".

Xəbər lenti
0