Türkiyənin iki əsrlik taleyi həll olunur

© AFP 2024 / ADEM ALTANTürkiyə bayraqları, arxiv şəkli
Türkiyə bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğanın komandasından önəmli mesaj: "Bu kürsünü kimsəyə vermək olmaz"

BAKI, 7 iyun — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 iyun seçkilərinin Türkiyənin növbəti 2 əsr müddətinə taleyini həll edəcək seçki olduğunu bəyan edib. Sputnik Türkiyə xəbər verir ki, bunu Çavuşoğlu Antalyada sahibkarların qatıldığı iftar yeməyində çıxışı zamanı bildirib.

Kemal Kılışdaroğlu və Meral Akşener - Sputnik Azərbaycan
Məşhur qəzet Türkiyədən yazdı: Müxalifət qələbə qoxusu hiss edib

"24 iyun seçkiləri Türkiyə tarixinin ən kritik və önəmli seçkiləridir. Bu seçkilər Türkiyə və türk millətinin növbəti iki əsr müddətinə taleyini müəyyənləşdirəcək. Prezidentimiz də bu seçkiləri önəmli seçkilər adlandırıb. İçəridə, xaricdə xainlik edənlərə gözəl bir dərs verəcəyik", — deyə Çavuşoğlu qeyd edib.

Türkiyə xarici işlər naziri bildirib ki, son 16 ildə bütün problemlər və maneələrə baxmayaraq, AKP Türkiyəni ayağa qaldıra, gücləndirə bilib: "24 iyundan sonra isə Türkiyə daha zirvəyə qalxacaq. Türkiyə iqtisadiyyatı daha da güclü olacaq, daha da böyüyəcək".

"Beynəlxalq aləmdə də haqq etdiyimiz mövqeyə gəlirik. Daha da yaxşı olmağa məcburuq. Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə zirvəyə qalxacaq. Bunun üçün xalqdan güclü dəstək istəyirik", — nazir vurğulayıb.

Çavuşoğlu, eyni zamanda ölkə iqtisadiyyatını, kəndlisini, sahibkarını, xarici siyasətini, məzlumları və ümməti Rəcəb Tayyib Ərdoğandan başqa bir prezidentliyə namizədə təslim etməyin mümkün olmadığını bəyan edib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Prezident Ərdoğan açıqlamasında Suriyadakı transsərhəd əməliyyatları, bölgədəki əhəmiyyətli hadisələri və köhnə sistemin problemlərini ən qısa zamanda həll etməyin vacib olduğunu deyib.

Xəbər lenti
0