Məşhur qəzet Türkiyədən yazdı: Müxalifət qələbə qoxusu hiss edib

© REUTERS / STRKemal Kılışdaroğlu və Meral Akşener
Kemal Kılışdaroğlu və Meral Akşener - Sputnik Azərbaycan
Abunə olmaq
“Türkiyədə bazarlar, iqtisadi dairələr hər zaman dağınıq müxalifətdənsə, Ərdoğan və partiyasına üstünlük verib, lakin son bir ayda bu da dəyişə bilər”

BAKI, 1 iyun — Sputnik. Böyük Britaniyanın "The Economist" nəşri son nömrəsində iyunun 24-ü Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini analiz edib. Sputnik Azərbaycan xəbər verir ki, analiz "Türkiyədə müxalifət Ərdoğan qarşısında qalibiyyət iyi alır" adlı başlığı ilə yayımlanıb.

Yazıda "İYI" partiyanın lideri Maral Akşenerin prezident seçkiləri ilə bağlı keçirilən rəy sorğularında 20% səs topladığı xüsusilə qeyd olunur. Çılğın siyasətçi kimi təqdim olunan Məhərrəm İncə isə mühafizəkar seçici ilə əlaqə qura bilən nadir siyasətçi kimi göstərilib. Nəşr qeyd edir ki, son aylar Türkiyə iqtisadiyyatında baş verənlər prezident Rəcəb Tayyib Ərdoğana qarşı inamsızlıq yaradır.

Türkiyə və israil bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə ilə İsrail arasında diplomatik skandal yaşanır

Anketlər Akşeneri yüzdə 20-nin üzərində göstərir

Seçkilərin yaxınlaşmasını baxmayaraq, müxalifətin namizədlərindən heç biri hələ də favorit deyil. Lakin müxalifət partiyaları seçkilərdə Ərdoğana qarşı düzgün adamları namizəd göstərib. Belə ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olan Məhərrəm İncə çılğın və mühafizəkar seçici ilə əlaqələr qura bilən nadir dünyəvi siyasətçilərdəndir. Mühafizəkar ailədə dünyaya gələn İncə namaz qılır və dindar xanımların baş örtüyü geyinməsini dəstəkləyir, lakin bununla yanaşı, içki də içir.

"The Economist" jurnalı Meral Akşener haqqında isə bunları yazıb: "Əməkdar milliyyətçi və bir vaxtlar daxili işlər naziri olan Meral Akşener özünü və yaratdığı "İYİ" partiyasını qeyri-müəyyənlikdən milli səviyyəyə qaldıra bilib. Yaranma tarixinin bir ildən az olmasına baxmayaraq, "İYİ"-nin parlament seçkilərində seçicilərinin yüzdə 10 faizindən çox səs toplayacağı gözlənilir. Son sorğular isə prezident seçkilərinin ilk turunda onun 20%-dən çox səs toplayacağını göstərir. Sorğular, həmçinin kürdlərin "Xalqların Demokratik Partiyası" (HDP) lideri Səlahəddin Dəmirtaşın da seçkilərdə ikirəqəmli səs göstərici əldə edəcəyini göstərir ki, bu da hazırda həbsdə olan, yalnız sosial media və vəkilləri vasitəsilə dünya ilə əlaqə quran siyasətçi üçün heç də pis nəticə deyil.

Müxalifət partiyalarının və namizədlərinin prezident seçkilərində ikinci tura keçiləcəyi təqdirdə bir-birlərini dəstəkləyəcəyinə dair bəyanatlar səsləndirməsi Ərdoğan və onun partiyası üzərində əlavə basqı yaradır.

Məzarlarında tərs çevrilərdilər

Türkiyə Silahlı Qüvvələri - Sputnik Azərbaycan
Türkiyə ordusundan son dəqiqə açıqlaması: PKK-ya ağır zərbə

Nəşr, eyni zamanda dünyəvi partiya olan CHP-nin islamçı "Səadət" partiyası ilə ittifaq qurmasına diqqət ayıraraq qeyd edir ki, hər iki partiyanın lideri – modern Türkiyənin banisi Mustafa Kamal Atatürk və sabiq baş nazir Nəcməddin Ərbakan bunu görsələr, məzarlarında tərs dönərdilər. Lakin çətin vaxtlar, çətin ittifaqlar yaradır. Səadət Partiyasının lideri Temel Karamollaoğlu ittifaqı Türkiyə demokratiyasından qalanları Ərdoğanın əlindən qurtarmaq üçün qurulan məcburi evlilik adlandırıb. Karamollaoğlu, prezident və adamlarının siyasi İslamdan daha çox qohumluq kapitalizminə yaxın olduğu bildirilir.

Son aylar Türkiyə iqtisadiyyatında baş verənlərə diqqət ayıran "The Economist" məqaləni bu cümlə ilə bitirir: "Hər nə qədər basqılı və çılğın iqtisadi nəzəriyyələri olsa da, Türkiyədə bazarlar, iqtisadi dairələr hər zaman dağınıq müxalifətdənsə, Ərdoğan və partiyasına üstünlük verib. Lakin son bir ayda bu da dəyişə bilər".

Xəbər lenti
0