Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zəlzələ baş verən ərazidə ölüm faktı qeydə alınıb

© Sputnik / Yevgeny Samarin / Mediabanka keçidTibbi diaqnostika aparatı, arxiv şəkli
Tibbi diaqnostika aparatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib və infarktdan dünyasını dəyişib

BAKI, 6 iyun — Sputnik. Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinə çoxlu sayda müraciətlər olub.

Bu barədə Sputnik Azərbaycan-a Zaqatala MRX-dən məlumat verilib. Bildirilib ki, zəlzələdən sonra 15-ə yaxın müraciət daxil olub: "Müraciətlər, əsasən stress, təzyiqin qalxması, ürək çatışmazlığı ilə bağlı olub. Müraciət edənlər arasında kiçik xəsarət alanlar da var. Onlar qaçan zaman xəsarət alıblar".

Xəstəxanadan verilən məlumata görə, Zaqatala rayon sakini, 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib və infarkt keçirərək dünyasını dəyişib: "Amma onu da qeyd edək ki, Soltan Qandaxov xroniki ürək çatışmazlığından əziyyət çəkib və bununla bağlı tez-tez təcili yardıma müraciət edirmiş".

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala mərkəzi rayon xəstəxanalarının təcili yardım şöbələrinə ümumilikdə 31 müraciət daxil olub.

Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Zəlzələ bölgəsindən son xəbər

Zaqatala rayonu Göyəm kənd sakini, 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn Soltan Qandaxov insult keçirərək vəfat edib. Qeyd olunub ki, Soltan Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub.

Qax şəhər sakini, 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax MRX-ya yerləşdirilən Gülər Durmuşzadəyə yardım göstərilib.

Qeyd edək ki, dünən saat 22.40 radələrində Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ Zaqatala ərazisində 5,5 bal gücündə qeydə alınıb.

Zəlzələnin təsiri ətraf rayonlarda, o cümlədən Qarabağ ərazisində, Bərdə rayonunda da hiss olunub.

Xəbər lenti
0