Zəlzələ bölgəsindən son xəbər

© AFP 2024 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İcra hakimiyyəti: Xəsarət və ölüm faktı qeydə alınmayıb

BAKI, 6 iyun — Sputnik. "Yaşayış binalarında, vətəndaşlara məxsus bəzi fərdi yaşayış evlərində, sosial obyektlərin binalarında çatlar əmələ gəlib".

Bunu Sputnik Azərbaycan-a Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov deyib. O bildirib ki, yaşayış binalarında və sosial obyektlərdə dağıntı olmasa da, yardımçı binalarda, istinad divarlarında dağıntı qeydə alınıb.

Сейсмограф, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda güclü zəlzələ baş verdi

"İnsanlar arasında xəsarət alan yoxdur. Ölüm faktı da qeydə alınmayıb. Amma əhaliyə məxsus bir sıra evlərin divarları dağılıb. Mal tövlələrində dağılmalar müşahidə edilib. Gün ərzində zəlzələnin fəsadları ilə bağlı əlavə məlumat veriləcək" — deyə Əhmədov bildirib.

Qeyd edək ki, dünən saat 22.40 radələrində Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ Zaqatala ərazisində 5,5 bal gücündə qeydə alınıb.

Zəlzələnin təsiri ətraf rayonlarda, o cümlədən Qarabağ ərazisində, Bərdə rayonunda da hiss olunub.

Xəbər lenti
0