BAKI, 5 iyun — Sputnik. İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri bu il "Real"-a rəhbərlik etməyəcək. Bu barədə Sputnik Azərbaycan "Tuttosport"-a istinadən xəbər verir.
Məlumata əsasən madridlilər italyan mütəxəssisi Zidanın xələfi kimi nəzərdən keçirib, lakin Alleqri bundan imtina edib.
O, bu il "Yuventus"da qalmağa söz verib. Lakin gələn il Alleqrinin "Real"-a, Zidanın isə "Yuventus"-a rəhbərlik etməsi variantı istisna edilmir.