On səkkiz yaşına çatmayanlara bunu etmək qadağan olundu

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidОперация на открытом сердце, фото из архива
Операция на открытом сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşı 18-ə çatmış, əqli və fiziki cəhətdən sağlam, orqan və toxumalarını könüllü surətdə verməyə razılığı olan şəxslər canlı donor ola bilərlər

BAKI, 5 iyun-Sputnik. Yaşı 18-ə çatmış, əqli və fiziki cəhətdən sağlam, orqan köçürülməsinə əks-göstəriş olan xəstəlik daşıyıcısı olmayan, orqan və toxumalarını könüllü surətdə verməyə razılığı olan şəxslər canlı donor ola bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunun 5-ci maddəsinə (Donor həddinin müəyyən edilməsi) dəyişiklik təklif edilir.

Digər bir dəyişikliklə həmin maddəyə yeni bənd əlavə edilir. Əlavəyə görə, canlı donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır.

Digər dəyişikliklə maddənin adı dəyişdirilərək "Canlı donorun yaş həddinin müəyyən edilməsi" adlanacaq. 

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda orqan transplantasiyasının şərtləri dəyişdirilir

Qeyd edək ki, mövcud maddə belədir:

Maddə 5. Donor həddinin müəyyən edilməsi

Digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda, resipiyentə donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir.

Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır.

Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi qadağandır.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yolverilməzdir.

Donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.

Hər hansı şəxsi orqan və (və ya) toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Xəbər lenti
0