Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda orqan transplantasiyasının şərtləri dəyişdirilir

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Transplantasiya əməliyyatlarını yalnız bu sahədə ən azı 3 il təhsil alan həkim-cərrah icra edə biləcək

BAKI, 5 iyun — Sputnik. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər təklif edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunun adı dəyişdirilərək "İnsan orqan və (və ya) toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun olacaq.

DTX - Sputnik Azərbaycan
DTX-nın orqan alverinə görə həbs etdiyi şəxs görün kimdir

Digər bir dəyişikliklə qanunun preambulası dəyişdirilir. Mövcud variantda deyilir ki, bu Qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və (və ya) toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.

Təklif olunan variantda isə deyilir ki, bu Qanun insan orqan və toxumalarının donorluğu və onların transplantasiyası ilə bağlı münasibətləri tənzimləyir, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb işçilərinin və tibb müəssisələrinin hüquq və vəzifələrinin müəyyən edir.

Digər bir dəyişiklik qanunun 4-cü maddəsinə (Transplantasiyanın qaydaları və şərtləri) edilir. Dəyişikliklə bu maddəyə yeni bənd əlavə edilir. Əlavəyə görə, transplantasiya əməliyyatlarını yalnız bu sahədə ən azı 3 il təhsil alan və bu təhsilini müvafiq sənədlərlə təsdiq edən həkim-cərrah icra edə bilər.

Mövcud maddə belədir: Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.

Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklə yeni bənd buraya əlavə edilir.

Xəbər lenti
0