BAKI, 2 iyun — Sputnik. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Trampın keçirdiyi hərbi əməliyyatlarda 500-ə yaxın mülki şəxsin öldüyünü açıqlayıb.
Sputnik Azərbaycan "Ahaber"ə istinadla xəbər verir ki, Pentaqon ötən il keçirilən hərbi əməliyyatlar ilə bağlı Konqresə hesabat təqdim edib. Hesabatda deyilir ki, 2017-ci ildə Donald Trampın prezidentliyi dövründə keçirilən hərbi əməliyyatlarda 500-ə yaxın mülki vətəndaşın həlak olub və təxminən 169 nəfər də yaralanıb.
Hesabata görə, itki və tələfatlar ABŞ ordusunun İraq, Suriya, Əfqanıstan və Yəməndə terror qruplaşmalarına qarşı keçirdiyi əməliyyatlar nəticəsində baş verib.
Hesabatda Tramp hakimiyyətinin ilk ilində Əfqanıstan, Suriya, İraq, Yəmən və Somaliyə edilən hava hücumlarında artım olarkən, Liviyada isə azalma baş verdiyinə diqqət çəkilib.
Hesabata görə, 2017-ci ildə ABŞ Əfqanıstana 4 min 361, İraq və Suriyaya isə 39 min 577 hava hücumu təşkil edib. Pentaqon əməliyyatlarda həyatını itirən vətəndaşlar haqqında isə ABŞ qüvvələrinin bütün səylərinə baxmayaraq, can itkiləri çox kədərlidir. Digər tərəfdən, bu əməliyyatların qaçılmaz nəticəsidir ifadələrindən istifadə edib.