BAKI, 2 iyun — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarla ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford arasında telefon danışığı olub.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ-ın Baş Qərargahın sözcüsü Patrik Rayder bildirib ki, iki komandan İŞİD-in məğlubiyyəti də daxil olmaqla Suriya məsələsi ilə bağlı davam edən müzakirələrdən danışıblar.
Sözcü deyib ki, Türkiyə ilə ABŞ NATO-nun açar üzvləridir. İki ölkə arasında hərbi əlaqələr güclüdür.
Qeyd edək ki, bu ilin iyunun 4-də Vaşinqtonda ABŞ-Türkiyə əlaqələrinə dair danışıqlar aparılacaq.