CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə qəfil əməliyyat keçirildi, tələbələr saxlanıldı

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidГраница. Архивное фото
Граница. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib

BAKI, 1 iyun — Sputnik. Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidməti birgə əməliyyat keçirib, İrana keçmək istəyən əcnəbi tələbələr sərhəddə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Sərhəd - Sputnik Azərbaycan
HADİSƏ
"Dayan" çağırışına məhəl qoymayan sərhəd pozucusu vuruldu

Məlumata görə, hadisə Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Mayın 30-da Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında "pusqu" sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfərin Azərbaycan ərazisindən İran İslam Respublikası istiqamətində hərəkət etmələri aşkar olunub.

Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıb və həmin şəxsləri saxlayaraq sərhəd zastavasına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd "Samsung" markalı, 3 ədəd "Huawei" markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olunub.

Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları — 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəllüdlü Hossain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Universitetinin tələbələri olmaları müəyyən edilib.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti
0