Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Dayan" çağırışına məhəl qoymayan sərhəd pozucusu vuruldu

© dmx.gov.azSərhəd
Sərhəd - Sputnik Azərbaycan
Abunə olmaq
İlk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat edib

BAKI, 5 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin əməkdaşları növbəti dəfə dövlət sərhədinin pozul­masının və külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidməti - Sputnik Azərbaycan
Dövlət Sərhəd Xidmətinin "nəzarət-buraxılış"ı ləğv edildi

Belə ki, 05.07.2017-ci il tarixdə saat 01:00 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucusu sərhəd naryadının "dayan" çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərib.

Havanın qaranlıq və ərazinin mürəkkəb relyefi malik olması səbəbindən sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadının Dövlət Sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanıb, ilk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat edib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb. Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0