Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Lahıc sakinləri həyəcan təbili çaldı: Tarixin canlı şahidi məhv olmaq üzrədir

© Sputnik / Ilham AhmadovLahıc qəsəbəsindəki 72 otaqlı ev
Lahıc qəsəbəsindəki 72 otaqlı ev - Sputnik Azərbaycan
Abunə olmaq
Lahıc qəsəbəsində 2 əsrdən çox yaşı olan abidə baxımsızlıqdan çökmə və yox olma ehtimalı ilə üz-üzədir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. İsmayıllının Girdiman çayı sahilində yerləşən Lahıc qəsəbəsi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub. Bu özəlliyi Lahıca təbii qala şəraiti bəxş edir. Qəsəbənin digər özəlliyi isə tarixi abidələrlə zəngin olmasıdır. Belə abidələrdən ən möhtəşəmi isə 200 ildən çox yaşı olan və Girdiman çayının sahilində yerləşən 72 otaqlı, 2 və 3 mərtəbəli yaşayış binasıdır.

Bu ev 14 il müddətində, Lahıcın memarlığına uyğun olaraq inşa olunub. Binaya iki tərəfdən giriş mümkündür — Bədəvan məscidi tərəfdən və Girdiman çayının sol sahili istiqamətindən. Məscid tərəfdən giriş qənaətbəxş olsa da, Girdiman çayı tərəfdən olan giriş tamamilə dağılıb. 

Директор Центра истории Кавказа, старший научный сотрудник Института права и прав человека НАНА Ризван Гусейнов - Sputnik Azərbaycan
Rizvan Hüseynov: “Abidələrin bərpası üçün dövlət qurumlarının dəstəyi lazımdır”

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunduqdan sonra yerli camaat 72 otaqlı evin dövlət tərəfindən qorunan abidələrin siyahısına daxil olunması üçün müraciət ediblər. Ancaq bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması üçün hələ ki bir iş görülməyib.

Bu tarixi abidə baxımsızlıq ucbatından ildən-ilə dan uçub-dağılır. Bina qəsəbənin strateji hissəsində inşa edildiyindən Lahıcın ala qapısı hesab edilir. Lahıca gələn bütün qonaqlar, yerli və əcnəbi turistlər öncə buranı ziyarət edirlər. Təəssüflər olsun ki, dağılmış, yararsız hala düşmüş tarixi abidə ilə qarşılaşırlar, hətta şəkilini də çəkirlər.

© Sputnik / Ilham AhmadovLahıc qəsəbəsindəki 72 otaqlı ev
Lahıc qəsəbəsindəki 72 otaqlı ev - Sputnik Azərbaycan
1/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
© Sputnik / Ilham AhmadovLahıc qəsəbəsindəki 72 otaqlı ev
Lahıc qəsəbəsindəki 72 otaqlı ev - Sputnik Azərbaycan
2/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
© Sputnik / Ilham AhmadovLahıc qəsəbəsindəki 72 otaqlı ev
Lahıc qəsəbəsindəki 72 otaqlı ev - Sputnik Azərbaycan
3/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
© Sputnik / Ilham AhmadovLahıc qəsəbəsindəki 72 otaqlı ev
Lahıc qəsəbəsindəki 72 otaqlı ev - Sputnik Azərbaycan
4/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
© Sputnik / Ilham AhmadovLahıc qəsəbəsindəki 72 otaqlı ev
Lahıc qəsəbəsindəki 72 otaqlı ev - Sputnik Azərbaycan
5/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
© Sputnik / Ilham AhmadovLahıc qəsəbəsindəki 72 otaqlı ev
Lahıc qəsəbəsindəki 72 otaqlı ev - Sputnik Azərbaycan
6/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
© Sputnik / Ilham AhmadovLahıc qəsəbəsindəki 72 otaqlı ev
Lahıc qəsəbəsindəki 72 otaqlı ev - Sputnik Azərbaycan
7/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
1/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
2/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
3/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
4/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
5/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
6/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev
7/7
Lahıc qəsəbəsindəki 72 otaqlı ev

Sputnik Azərbaycan-a danışan yerli sakinlər bildiriblər ki, bu xoşagəlməz vəziyyət onlara çox pis təsir edir: "Bu abidə gün-gündən dağılaraq yarasız vəziyyətə düşür. İstəyirik ki, abidə dövlət tərəfindən təmir edilsin, gələn turistlər bu abidənin dağılmış şəklini yox, daha gözəl şəkillərini çəkib öz ölkələrində təbliğ etsinlər".

Lahıc Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Nəzər Əliyev isə bildirib ki, Lahıc qəsəbəsinin ən möhtəşəm abidəsi, Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evinin bundan sonrakı aqibəti artıq onun haqqında veriləcək qərardan asılıdır. Ya bu abidə yenidən bərpa olunacaq, ya da tarixin amansız sınağına buraxılacaq və beləcə dağılıb məhv olacaq.

Qeyd edək ki, Lahıc qəsəbəsi Azərbaycanın turizm baxımından öndə gedən məkanlardan biridir. Lahıca dünyanın hər yerindən turistlər təşrif buyururlar. Təəssüf ki, Lahıcın tarixinin danışan nümunəsi olan Hacı Paşa evinin durumunu görəndə istehza edirlər.

Ümid edirik ki, aidiyyatı qurumlar bu xoşagəlməz durumun tezliklə aradan qalxması, həmçinin tarixin canlı şahidi olan abidənin gələcək nəsillərə ötürülməsi üçün lazımi tədbirlər görəcəklər.

Xəbər lenti
0