Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rizvan Hüseynov: “Abidələrin bərpası üçün dövlət qurumlarının dəstəyi lazımdır”

© Sputnik / Murad OrujovДиректор Центра истории Кавказа, старший научный сотрудник Института права и прав человека НАНА Ризван Гусейнов
Директор Центра истории Кавказа, старший научный сотрудник Института права и прав человека НАНА Ризван Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, işçi qrupunun əsas fəaliyyəti abidələrin pasportlaşmasını təmin etmək, həm də yerli əhalinin köməkliyi ilə bu abidələrin qorunmasına nail olmaqdır

Rizvan Hüseynov: “Mədəni irsin qorunması sahəsində boşluqlar var”
Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü və YUNESKO-nun mənəvi ənənələrin və dinlərarası dialoqun müqayisəli tədqiqatları kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif ölkələrin alim və tədqiqatçılarından ibarət işçi qrup Azərbaycanda və ümumilikdə bütün Qafqazda hələ də qeydə alınmamış, öyrənilməmiş və qorunmayan abidələrin pasportlaşdırılmasını reallaşdıracaq. Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, bu işçi qrupunun yaradılmasının səbəbi mədəni irsin qorunması sahəsində olan boşluqlardır: 

“Bu işçi qrupunda müxtəlif ölkələrin nümayəndələri təmsil olunur. İşçi qrupunun üzvləri abidələrimizə qarşı qonşu ölkələrin münasibəti ilə tanış olublar və onlar bu sahədə bizə dəstək verməyə hazırdırlar. Əsas fəaliyyətimiz abidələrin həm pasportlaşmasını təmin etmək, həm də yerli əhalinin köməkliyi ilə bu abidələrin qorunmasına nail olmaqdır. Abidələrin bərpası texnik və maliyyə baxımından ağır bir prosesdir. Burada dövlət qurumlarının dəstəyinə ehtiyyac var”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0