CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qardaşların "Sədərək" macərası polis idarəsində başa çatdı

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalarla onların Lənkəran şəhər sakinləri olan qardaşlar - Mahir və Rafiz Şəfiyevlər olduqları müəyyən edilib

NAKI, 28 may — Sputnik. Mayın 25-də Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Kazımova bir gün əvvəl "Sədərək" ticarət mərkəzindəki mağazaların birində çantasından 250 manat pulunun oğurlandığını bildirib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döymə, arxiv şəkli - Sputnik Azərbaycan
Yüzlərlə "qanuni oğru" Yerevanda cəmləşdi: Ya Sarqsyanın kəlləsi gedəcək, ya da...

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri olan qardaşlar — Mahir və Rafiz Şəfiyevlər olduqları müəyyən edilib.

Əməliyyat tədbirləri ilə onların mayın 23-də də həmin ticarət mərkəzində eyni üsulla Bakı şəhər sakini K.Hüseynovanın çantasından içərisində 230 manat və bank kartları olan pulqabısını oğurladıqları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0