Yüzlərlə "qanuni oğru" Yerevanda cəmləşdi: Ya Sarqsyanın kəlləsi gedəcək, ya da...

© Sputnik / Aleksey MalgavkoDöymə, arxiv şəkli
Döymə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yerevanda "sxodka": Yüzlərlə kriminal avtoritet Ermənistana niyə gəlib?

BAKI, 18 aprel — Sputnik. Aralarında 200 "qanuni oğru" və 400 kriminal avtoritetin olduğu 600 məşhur şəxs dünən Yerevana toplaşıb. Sputnik Ermənistan-ın məlumatına görə, bunu "Past" qəzeti öz mənbələrinə istinadla yazıb.

Никол Пашинян и Валерий Осипян - Sputnik Azərbaycan
Yerevan meriyası mühasirəyə alındı

"Onlar nə Serj Sarqsyanı (artıq parlament onu baş nazir postuna seçib), nə də müxalifəti dəstəkləməyə gəliblər. Onlar SSRİ-də məşhur olan kriminal avtoritet və "qanuni oğru" Armen Arutyunyanın (Gömbul Armen Kanevskoy) ad günü münasibətilə toplaşıblar" — deyə məqalədə bildirilir.

Qonaqları Armenin qardaşı — məşhur avtoritet Artyom Kanevskoy qarşılayıb. Qarşılanma mərasimində kriminal avtoritet və "qanuni oğru"lardan Samvel Arutyunyan (Maneti Txa Samo), Rafael Xoyetsyan (Afo) və başqaları da olub.

Armen Kanevskoy 17 aprel 1970-ci ildə Yerevanda doğulub. 1997-ci ildə — 27 yaşında "oğru" titulunu qazanıb. Kriminal avtoritet, Rusiya mafiyasının xaç atası, "qanuni oğru" Ded Xasan (Aslan Usoyan), Saşa Volçok (Aleksandr Volkov) və Çiçxen (Otari Mikadze) tərəfindən "taclandırılıb". O, 2010-cu ildə 40 yaşında öldürülüb və Yerevandakı "Şaumyan" qəbiristanlığında dəfn edilib.

Dünən dəfn olunduğu qəbiristanlığın yaxınlığında — Yerevandakı "San Lazzaro" şadlıq sarayında, Armenin şərəfinə 700 nəfərlik nahar verilib. Məqalə müəllifi onu da qeyd edib ki, bu dəfə oğruların sxodkası gözlənilmir. Halbuki bu məlumat 100% dəqiq deyil. Birdən-birə dünyanın müxtəlif guşələrindən kriminal aləmin 600 nümayəndəsinin Ermənistana sadəcə 8 il əvvəl ölmüş avtoritetin ad gününə toplaşdığı inandırıcı deyil.

Bundan əvvəl erməni kriminal dairələrində belə söhbət gəzirdi ki, "qanuni oğru"lar müxtəlif mafioz qruplarla sıx əlaqəsi olan eks-prezident Serj Sarqsyanı dəstəkləmək üçün Yerevana toplaşıblar. Onlar Ermənistanın və xaricdəki erməni diasporu arasındakı anti-hökumət qüvvələrinin Sarqsyana qarşı təxribat hazırladığını biliblər. Onların "ad günü" toplantısının Yerevanda keçirilməsi də məhz Sarqsyana lazımi anda lazımi dəstəyi verməkdir.

Digər versiyaya görə isə, əksinə, kriminallar Yerevanda iğtişaşlar törətməklə Sarqsyanın "torbası"nı tikmək və özlərinə sərf edən siyasi qüvvəni hakimiyyətə gətirmək niyyətindədirlər. Lakin "Past"ın mənbəsi hər iki versiyanı təkzib edib. Bildirib ki, kriminal dünyasının Sarqsyan və Ermənistan hakimiyyətindən daha vacib işləri var…

Xəbər lenti
0