BAKI, 27 may — Sputnik. Çempionlar Liqasında 2017/18 mövsümünün final oyunu keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Kiyevdəki Olimpiya stadionunda baş tutan həlledici qarşılaşmada İspaniya "Real"ı ilə İngiltərə "Liverpul"u üz-üzə gəlib.
Kifayət qədər gərgin keçən qarşıdurmada "kral klubu" qələbə qazanıb. Bununla da, "Real" ardıcıl üçüncü dəfə Avropanın ən güclü komandası olub.
Qeyd edək ki, "Real" tarixində 13-cü dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.
UEFA Çempionlar Liqası
Final
26 may
"Real" (İspaniya) — "Liverpul" (İngiltərə) — 3:1