Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Afirka ölkəsinin başçısı büdcəni ingilis klubuna xərclədi

© Photo : Mike Egerton / PA via APArsenal klubunun azarkeşləri
Arsenal klubunun azarkeşləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ruandanın bu sponsorluğa görə "Arsenala" illik 13 milyon dollar ödəyəcəyi bildirilir

BAKI, 26 may — Sputnik. Şərqi Afrika ölkələrindən biri olan Ruanda İngiltərə Premyer Liqa klublarından olan "Arsenal"ın sponsoru olub. Sputnik Türkiyə xəbər verir ki, bundan sonra birinci, gənclərdən və qadınlardan ibarət komandaların formasının qol hissəsində "Visit Rwanda" (Ruandanı ziyarət edin) yazısı olacaq.

Ruandanın bu sponsorluğa görə "Arsenala" illik 13 milyon dollar ödəyəcəyi bildirilir. Bu, Premyer liqada qol reklamlarına görə ödənən ən böyük məbləğ olaraq tarixə düşüb.

Bu sövdələşməyə imza atan Ruanda dünyanın ən kasıb ölkələrindən biridir. Təxminən 11 milyon əhalisi olan Ruandada adambaşına düşən illik gəlir sadəcə 754 dollardır. Yəni, "Arsenal" ödənən bir illik məbləğ ölkədə yaşayan 17241 nəfərin illik gəlirinə bərabərdir.

Ruanda prezidenti Paul Kagame "Arsenal" fanatı kimi tanınır. Hətta Kagame ötən həftələrdə "Mənim sevgili klubum “Arsenal” Venger kimi bir məşqçini belə yola salmamalı idi. Venger "Arsenal"dan kuboksuz ayrılır. Bunun günahkarı klubun sahibləridir" demişdi.

Xəbər lenti
0