BAKI, 24 may — Sputnik. İngiltərənin "Lester" klubu və Əlcəzair millisinin üzvü Riyad Mahrez karyerasını "Mançester Siti"-də davam etdirə bilər. Sputnik Azərbaycan "The Guadian"-a istinadən xəbər verir ki, Mançester təmsilçisi futbolçuya görə 75 milyon funt sterlinq ödəməyə hazırdır.
© Photo : Action Images via Reuters / Andrew CouldridgeRiyad Mahrez
![Riyad Mahrez Riyad Mahrez - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/41546/92/415469257_0:0:2319:1604_600x0_80_0_0_1740a0d3ca03cf3c8f86a14d118be929.jpg)
Riyad Mahrez
© Photo : Action Images via Reuters / Andrew Couldridge
Qeyd edək ki, "Mançester Siti" Mahrezi qış transfer pəncərəsində də heyətinə qatmaq istəyib. Lakin onda "Lester" futbolçuya görə 95 milyon funt sterlinq istəmişdi. Nəticədə keçid baş tutmamışdı.