CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O, atasını bütün ömrü boyu axtarıb: Yetmiş beş ilin “bitən” həsrəti

© Photo : Pskov vilayəti administrasiyasının mətbuat xidmətiDulaq-100 əsir düşərgəsi qurbanlarının xatirəsinə ucaldılmış memorial
Dulaq-100 əsir düşərgəsi qurbanlarının xatirəsinə ucaldılmış memorial - Sputnik Azərbaycan
Abunə olmaq
Səftər Quliyev yaxınları tapılan ilk "Dulaq" qurbanıdır

BAKI, 24 may — Sputnik. Bu günlərdə 1942-ci ildə Porxov yaxınlığındakı düşərgədə işgəncə və məruz qalmış və həlak olmuş azərbaycanlı əsgər Səftər Quliyevin nəvəsi tapılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə "Pskovskoy pravda"-ya Rusiya Qadınlar Birliyinin regional şöbəsinin sədri Natalya Nikiforova deyib. Qeyd edək ki, onun təşkilatı "Dulaq"da həlak olanların yaxınlarının tapılması ilə məşğul olur.

“Qarabağ: əsirlər və girovlar. Közərən xaç” sənədli filmin təqdimatı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Qarabağ: əsirlər və girovlar. Közərən xaç” filmi təqdim olundu

İki il öncə Pskovsk bölgəsində, Porxovdan 3,2 kilometr şərqdə "Dulaq —100" alman-faşist düşərgəsində öldürülən və işgəncə görən 85 min nəfərin xatirəsinə həsr edilmiş memorialın təntənəli şəkildə açılış mərasimi baş tutub. Ötən əsrin 80-cı illərinə qədər tikintisi təxirə salınmış memorial bir ilin ərzində qayğıkeş insanların vəsaiti hesabına tikilib.

Onun təntənəli şəkildə açılışı zamanı veteranlar, müxtəlif regionlardan gələnlər, eyni zamanda Pskovskın yüzlərlə sakini iştirak edib.  Eyni zamanda, burada həlak olan əsirlərin yaxınlarının axtarışına başlanıldı. Və bu həssas iş artıq öz bəhrəsini verir.

Nikiforova qeyd edib ki, bir neçə gün əvvəl ona Azərbaycandan zəng olunub. Zəng edən Kamal Quliyev bildirib ki, o, təşkilatın siyahısında Kuriyev kimi qeydə alınmış Səftər Quliyevin nəvəsidir.

Onun yaşı, doğulduğu kənd və digər məlumatlar üst-üstə düşür.

Birlik sədrinin sözlərinə görə, Kamal Quliyev anasının, yəni Səftər Quliyevin qızının sağ olduğunu da bildirib. Hazırda onun 80 yaşı var və o ağır xəstədir. Qadın bütün həyatı boyu atasını axtarıb. Kamal Quliyev axtarış üçün ailəsinin onlara minnətdar olduğunu da bildirib.

"Səsindən hiss edilirdi ki, ona danışmaq çətindir və o özünü ağlamaqdan güclə saxlayır. Söz verdi ki, mütləq gələcək və xahiş etdi ki, babasının dəfn olunduğu yeri ona göstərək" – deyə Nikiforova qeyd edib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət başçısından müharibə veteranlarına böyük dəstək

Nikiforovanın sözlərinə görə, "Dulaq”da həlak olanların yaxınlarının axtarılması ideyası abidənin bərpa edilməsi işləri başlanan zaman yaranıb. Əvvəlcə heç kim nədən başlamaq lazım olduğunu, kimə və hara yazmaq lazım olduğunu bilməyib. Yerli etnoqraf mütəxəssis Sergey Yeqorovun sayəsində Porxov muzeyində 400 nəfər həlak olan şəxsə aid kartların ortaya çıxması ilə təşkilat axtarışa başlayıb.

Muzey birliyə regionlar üzrə əlifba sırası ilə tərtib edilmiş siyahı da təqdim edib: "Bizim işimiz bu kədərli yer haqqında danışmaq oldu. İlk iş "Pskov" Dövlət Teleradio Kompaniyası ilə "Dulaq — 100" xatirə abidəsi haqqında süjet çəkildi. Hazırda həmin kadrları sosial şəbəkələrdə layihəyə həsr edilmiş qruplarda görmək mümkündür. Bununla yanaşı, həlak olanların siyahısı və "Dulaq" haqqında məlumatlar Rusiya Qadınlar Birliyinin regional şöbəsinin rəhbərinə də verildi".

Rəhbər qeyd edib ki, "Göz yaşları Gölü" abidəsi doğmaları müharibədən qayıtmayan və onların taleyindən 70 il sonra xəbər tutan insanların kədərinin simvoluna çevrilib.

Elə həmin vaxt Pskovskdan olan jurnalist Oleq Konstantinovun Müdafiə Nazirliyinin arxivində tapdığı 600 nəfər həlak olanın siyahısı da təşkilata verilib. Təşkilat üzvləri digər regionların etnoqrafiya muzeylərinə elektron məktublar göndərməyə başlayıb.

Nikiforovanın sözlərinə görə, bu məktublarda düşərgə haqqında, bu insanların əsir düşməsi və onların aclıqdan, soyuqdan ölməsi barədə, onların 85 min olması və bu yerin Pskovskda ibadət yeri olması qeyd olunub.

O, eyni zamanda qeyd edib ki, informasiya texnologiyaları əsrində ən səmərəli üsul kağız məktubların göndərilməsi olub. Elektron məktublara cavab gəlmirmiş.

"Bu zaman mən səfirliyə "canlı" məktub yazdım və onu çatdırılma bildirişi ilə poçtla göndərdim. Biz İsveçrənin Rusiyadakı səfirliyindən cavab aldıq. Gürcüstan səfirliyindən isə bizə zəng edib, işimizə görə şəxsən təşəkkür ediblər. Və eyni zamanda Azərbaycan səfirindən səmimi məktub aldıq və sonra həlak olan əsgərin nəvəsi zəng elədi" – deyə Nikiforova bildirib.

Onun sözlərinə görə, Səftər Quliyev yaxınları tapılan ilk "Dulaq" qurbanıdır.

Xəbər lenti
0