Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Qarabağ: əsirlər və girovlar. Közərən xaç” filmi təqdim olundu

© Photo : Nəriman İsmayılov“Qarabağ: əsirlər və girovlar. Közərən xaç” sənədli filmin təqdimatı
“Qarabağ: əsirlər və girovlar. Közərən xaç” sənədli filmin təqdimatı - Sputnik Azərbaycan
Abunə olmaq
Sənədli filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elimlər doktoru, professor Əli Həsənovdur

BAKI, 31 mart-Sputnik. Bu gün “Qarabağ: əsirlər və girovlar. Közərən xaç” sənədli filminin təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mətbuat Şurasının sifarişi ilə hazırlanan sənədli filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elimlər doktoru, professor Əli Həsənovdur. Filmin müəllifi isə Əməkdar jurnalist Mübariz Əsgərovdur. Əsir və girovlardan bəhs edən filmdə 1918-ci il martın 31-də ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı bütün incəlikləri ilə öz əksini tapıb. Filmin çəkilişlərində konkret sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid ifadələrinə xüsusi yer ayrılıb.

Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan cinayətləri bütün Azərbaycanı əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Ermənilər evlərə od vuraraq, insanları diri-diri yandırıb. Milli memarlıq incilərini, abidələri, məktəbləri, xəstəxanaları, məscid və digər tikililəri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradaraq özlərinin qəsbkar torpaq iddialarını pərdələyiblər”.

Sonra tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra “Qarabağ: əsirlər və girovlar. Közərən xaç” sənədli filmi nümayiş olunub. 

Xəbər lenti
0