SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Serbiya prezidenti ilə görüşüb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub

BAKI, 21 may — Sputnik. Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin mayın 21-də Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşü olub.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Xəbər lenti
0