Ermənistanda "təmizləmələr" başladı, Paşinyanın postuna yeni şəxs seçildi

© Sputnik / Aram NersesyanПремьер-министр Армении Никол Пашинян на пути от Дома правительства в министерство Экономики (15 мая 2018). Еревaн
Премьер-министр Армении Никол Пашинян на пути от Дома правительства в министерство Экономики (15 мая 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Vaçaqan Kazaryan tutduğu vəzifədən azad edilib

BAKI, 22 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Vaçaqan Kazaryanı tutduğu vəzifədən azad edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Активисты требуют отставки ген.прокурора Армении Артура Давтяна и освобождения политзаключенных (21 мая 2018). Еревaн - Sputnik Azərbaycan
Ermənilər yenidən istefa tələbi ilə etiraz aksiyasına başladılar

Məlumatda qeyd olunur ki, Kazaryan sabiq prezident Serj Sarqsyana yaxın kadr olub. O, həmçinin ötən gün istefasından sonra ilk dəfə cəmiyyət arasına çıxan Sarqsyanı sabiq baş nazir Vazqen Sarkisyanın anasının dəfn mərasimində də müşayiət edib.

Bundan əlavə, Paşinyan ölkədəki bütün qubernatorları da dəyişmək niyyətində olduğunu bildirib. "Düşünürəm ki, qubernatorların heyəti tamamilə dəyişəcək", — deyə Paşinyan ölkənin yeni hökumətinin andiçmə mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, növbədənkənar parlament seçkiləri hökumət üçün prioritetdir: "Lakin bu, o demək deyil ki, növbədənkənar parlament seçkiləri hökumətin yeni hədəfidir. Bizim uzunmüddətli proqramımız var, bunlar bir-birinə mane olmur".

Bu arada, Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın yerini tutacaq deputatın adı açıqlanıb. Spiker Ara Babloyanın sədrliyi ilə keçirilən iclas zamanı yeddi yeni deputatın adı açıqlanıb.

Məlumata əsasən, "Çıxış" ("Yelk") bloku sıralarına dörd yeni deputat daxil olub. Belə ki, bundan sonra parlamentdə Nikol Paşinyanın yerini Alen Simonyan, Mane Tandilyanın yerini Ovik Aqazaryan, Ararat Mirozyanın yerini isə Ayk Kondojaran tutacaq.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-də isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.

Xəbər lenti
0