Səhv həkim diaqnozu gəncin əl və ayağının kəsilməsinə səbəb oldu

© Photo : Davidemorana.comDevid Moran
Devid Moran - Sputnik Azərbaycan
Abunə olmaq
O iddia edir ki, əvvəllər idmançı olub və yenidən aktiv həyata qayıtmaq istəyir.

BAKI, 19 may — Sputnik. Soyuqdəymə kişinin ayaq və əlinin kəsilməsinə səbəb olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, İspaniya sakini Devid Moran həkimin düzgün diaqnoz qoymaması nəticəsində ayağından və əlindən olub. Belə ki, bu ilin yanvar ayında 24 yaşlı kişi çənəsində ağrı hiss edib və onun hərarəti qalxıb.

Moran özünü pis hiss edən kimi xəstəxanaya gedərək, qan və sidik analizi verib. Həkim təhlükəli heç nə hiss etməyib, soyuqdəyməni ciddiyə almayaraq xəstəni evə buraxıb. 

Ифтар - Sputnik Azərbaycan
Nəfsin sınağından üzüağ çıxmaq üçün həkim məsləhəti

Bundan sonra Moran qusmağa başlayıb, hərarəti qalxaraq 39 dərəcə olub və üzündə qəhvəyi ləkələr əmələ gəlməyə başlayıb.

"Mən özümü çox pis hiss edirdim. Ayaqlarım dəhşətli ağrıyırdı və sanki onun hərəkəti dayanmışdı. Mən corablarımı çıxardım və gördüm ki, ayaqlarımda da göyərmə var" deyə Moran bildirib.

O xəstəxanaya gedir və bundan sonra həkimlər Moranın meningit olduğunu müəyyən edir. İki gün içində infeksiya bütün bədənə yayılıbmış və yaşaya bilmək üçün gənc ispan ayağını və əlini kəsdirməli olub.

Hazırda Moran həyata yenidən başlamaq üçün pul yığmağa çalışır. O iddia edir ki, əvvəllər idmançı olub və yenidən aktiv həyata qayıtmaq istəyir.

Xəbər lenti
0