Nəfsin sınağından üzüağ çıxmaq üçün həkim məsləhəti

Abunə olmaq
Həkim bildirir ki, imsak vaxtı duzlu və ədviyyatlı yeməklər yeyilməməli və çox su içilməlidir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Bu gündən müsəlman dünyasının müqəddəs ayı hesab olunan Ramazan başlayır. Oruc tutan insanlar nəfslərinə qalib gəlib, 13-14 saat ərzində ac qalacaqlar. Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında oruc tutan insanlara faydalı məsləhətlər verib.

Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Ramazan ayı ilə bağlı fətva verildi

M.Abbasova əvvəlcə onu qeyd edib ki, aclıq müddətində qanda olan şəkərin miqdarı azalır. Ona görə imsak vaxtı yemək yemələri mütləqdir: “Bəzi insanlar səhərlər yuxudan durmağa çətinlik çəkdiyi üçün gündə bir dəfə yemək yeyirlər. Bu da orqanizm üçün zərərlidir. Əgər oruc tutan şəxslər səhər yemək yemirlərsə, bu zaman şəkərin miqdarı daha tez saatlarda aşağı enir”.

“Buna görə də, qandakı şəkəri tənzimləmək üçün mədədə uzun müddət qalan və qandakı şəkərə ani təsir etməyən qidalar seçilməlidir. Qiyməli, tərəvəzli yeməklər və ya taxıl şorbalarına, kəpəkli çörəyə, az duzlu pendirə üstünlük verilməlidir. Meyvə yeyilməli və bol su içməlidir. Qidalar asta-asta və yaxşı-yaxşı çeynəyərək qəbul edilməlidir. Çiy tərəvəz, pomidor, xiyar və bu kimi qidalar səhər yeməyində çox yeyilməlidir", — terapevt deyib.

Həkim bildirir ki, imsak vaxtı duzlu və ədviyyatlı qidalardan uzaq durmaq lazımdır. Kolbasa, sosiska və bənzər qidalarda da doymuş yağ olduğuna görə, yeyilməsi riskli olan qidalardır.

Müsəlman dünyası üçün müqəddəs Ramazan ayı başlayıb - Sputnik Azərbaycan
Müsəlman dünyasında Ramazan ayını əks etdirən maraqlı fotolar

Müsahibimiz iftara yüngül qidalarla başlamağı məsləhət görüb: “İftara isə su, şorba, pendir, zeytun, xurma və ya quru qaysı ilə başlanıla bilər. İftarda başlanğıc yemək kimi şorba yeyilməlidir. 2-3 saat sonra isə ikinci bir yemək yeyin. İftarda, həmçinin meyvə və ya qatıq yemək lazımdır. Şirniyyat seçiminiz həftədə iki dəfədən artıq olmamalıdır. İftardan sonra iki saat gəzməyə çalışın”.

“Bağırsaq problem olanlar kəpəkli çörək yeməlidir. Yeməkdən sonra yeyilən şirniyyatların xəmirli və qızardılmış olmamasına fikir vermək lazımdır. Südlü şirniyyat yemək olmaz”, — terapevt vurğulayıb.

Həkim onu da xüsusi əlavə edib ki, oruc tutmaq sağlam insanlar üçündür və arıqlamaq üsulu deyil: “Kök adamların Ramazan ayını pəhriz fürsəti kimi görməsi çox səhv yanaşmadır. Bu ayda bir çox adam az hərəkət etməyə üstünlük verir. Məhz buna görə də bu ayda çəkisi artan insanların sayı da çoxdur”.

Xəbər lenti
0