ABŞ-dan Serj Sarqsyana gözlənilməz zərbə

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidSerj Sarkisyan
Serj Sarkisyan - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Serj Sarqsyan və onun ailə üzvlərinin bank hesablarının dondurulması, həmçinin araşdırmalar üçün Ermənistana beynəlxalq antikorrupsiya orqanının nümayəndələrinin gəlməsinə dair məlumat yayılmışdı

BAKI, 18 may — Sputnik. ABŞ tərəfi Serj Sarqsyanın bank hesablarının dondurulması barədə məlumatı nə təsdiq, nə də təkzib edir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Vəkillər Assosiasiyasının sədri Karen Zadoyan bildirib.

"Biz məsələ ilə bağlı ABŞ səfirliyinə müraciət etdik. Orada bu məlumatı nə təkzib, nə də təsdiq etdilər. Hazırda müvafiq informasiyaya görə nümayəndəliri Ermənistana gələn təşkilata sorğu göndərməyə çalışırıq", — deyə Zadoyan qeyd edib.

O həmçinin vurğulayıb ki, cavab əldə edən kimi əlavə məlumat təqdim edəcək.

Xatırladaq ki, daha əvvəl erməni KİV-də ABŞ Serj Sarqsyan və onun ailə üzvlərinin bank hesablarının dondurulması, həmçinin araşdırmalar üçün Ermənistana beynəlxalq antikorrupsiya orqanının nümayəndələrinin gəlməsinə dair məlumat yayılmışdı. 

FTB-nin Vaşintqton şəhərindəki Edqard Huver adına binada yerləşən mənzil-qərargahı - Sputnik Azərbaycan
Keçmiş baş nazirin qardaşlarına qarşı cinayət işi açıldı

Bir müddət öncə isə Federal Təhqiqatlar Bürosunun (FTB) müstəntiqləri ABŞ-da Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşları – Aleksandr (Saşik) və Levon Sarqsyana qarşı cinayət işi başladıb. 

Detektivlər həm Ermənistan, həm də ABŞ-da onlar haqqında məlumat toplayırlar. Onlar Sarqsyan qardaşlarının fəaliyyəti nəticəsində zərər çəkən biznesmenləri dindirirlər.

Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.

Xəbər lenti
0