BAKI, 17 may — Sputnik. Dünyadakı 2 milyarda yaxın müsəlman üçün müqəddəs Ramazan ayı başlayıb. Mömin müsəlmanlar bir ay müddətində hər gün sübh namazı Fəcrdən (səhər alatoranlığından) başlayaraq axşam Məğrib namazına qədər (gün batana qədər) oruc tutacaqlar.
Ramazan ayı müsəlmanlar üçün son dərəcə vacib aylardan biridir. Bu ayda orucu ciddi şəkildə saxlamaq lazımdır. Oruc tutan insan yeməkdən, içməkdən, siqaretdən uzaq olmalı, günəş batana qədər hər cür zövq və əyləncədən özünü məhrum etməlidir. Belə ciddi orucla inanclı müsəlmanlar imanlarının gücünü nümayiş etdirir, instinkt və ehtiraslarını məhdudlaşdırırlar.
Hesab olunur ki, müsəlmanların müqəddəs kitabı "Quran" məhz Ramazan ayında göndərilib.
Müsəlmanlar Ay təqvimi ilə hərəkət etdiklərindən, Ramazanın başlanma tarixi ildən-ildən dəyişir və müxtəlif vaxtlara düşür. Bu il Ramazan ayı ərəb dünyasında mayın 17-də günəşin doğması ilə başlayıb. Dünyanın müxtəlif ölkələrində Ramazan ayında çəkilmiş maraqlı fotoları diqqətinizə təqdim edirik.