Aylardır Azərbaycanı düşündürən müşkülün cavabını tapmaq üçün xüsusi komissiya yaradıldı

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölümün səbəbləri isə laborator müayionələr tam başa çatdıqdan sonra müvafiq rəy hazırlanaraq Quba rayon Prokrorluğuna veriləcək"

BAKI, 17 may — Sputnik. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.

Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib - Sputnik Azərbaycan
Alpinistlərin cəsədləri ailələrinə təhvil verilib

Onun sözlərinə görə, komissiyaya Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin rəisi Çingiz İsgəndərov rəhbərlik edir, komissiyanın üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur.

S.Əhmədova qeyd edbi ki, mayın 16-da onlar İstintaq araşdırma qrupu ilə Qubanın Xınalıq kəndinə gediblər: "Tapılan alpinistlərin cəsədi Quba rayon Patoloji Anatomiya Birliyinin meyitxanasına gətirilib, gecə saatlarında müayinə edilib. Meyitlərin xarici və daxili müayinələri başa çatıb və ailələrinə təhvil verilib. Ölümün səbəbləri isə laborator müayinələr tam başa çatdıqdan sonra müvafiq rəy hazırlanaraq Quba rayon Prokrorluğuna veriləcək".

S.Əhmədova əlavə edib ki, Namin Nizami oğlu Bünyatzadənin cəsədi Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin cəsədi Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun cəsədi isə Bakıya gətirilir.

Xatırladaq ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamışdılar.

Xəbər lenti
0