Alpinistlərin cəsədləri ailələrinə təhvil verilib

© Sputnik / Irade JELILQubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib
Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi deformasiyalar olsa da, hər üçünün cəsədi tanınan vəziyyətdə idi

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. İtkin düşmüş alpinistlərin meyitləri Quba Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib, müayinə olunduqdan sonra ailələrinə təhvil verilib. Fövqəladə Hallar Nazirliyi əməkdaşının Sputnik Azərbaycan-a bildirdiyinə görə, alpinistlərin meyitləri axtarış qərargahından 6 km aralıda tapılıb.

Onun sözlərinə görə, ilk olaraq Hüseynov Babur Vaqif oğlu, ardınca isə Cəbrayılzadə Fəridə Zəbiyulla qızı və Bünyatzadə Namin Nizami oğlunun meyiti aşkar edilib. FHN əməkdaşı bildirib ki, meyitlər tanınan haldadır.

© Sputnik / Irade JELILQubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib
Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib - Sputnik Azərbaycan
1/6
Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib

2/6

3/6

4/6

5/6

© Sputnik / Irade JELILFövqaladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin qrup rəhbəri Toğrul Mehdiyev
Fövqaladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin qrup rəhbəri Toğrul Mehdiyev - Sputnik Azərbaycan
6/6
Fövqaladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin qrup rəhbəri Toğrul Mehdiyev
1/6
Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib
2/6
Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib
3/6
Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib
4/6
Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib
5/6
Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib
6/6
Fövqaladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin qrup rəhbəri Toğrul Mehdiyev

Fövqaladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin qrup rəhbəri Toğrul Mehdiyevin sözlərinə görə, meyitlər, təxminən, 2800-2900 hündürlükdə olan ərazidə 4 m dərinlikdə aşkarlanıb: "2800 metr dərinlikdə 13-14 metr hündürlükdə qar olur. Son günlər 6-4 metrə düşümüşdü. Şübhə olan ərazilər qeyd edilir. İkinci qrup həmin ərzailəri şupla yoxlayırdı. Şübhə olan ərazi 100\120 metrdir. Biz axtraışlara səhər başladıq, axşam saatlarına qədər davam etdi. İtlər də həmin tərəfi işarə edirdi. Qazmağa başladıq. Çadır çıxdı. Hər üçü çadırda idi. Bəzi deformasiyalar olsa da, hər üçü tanınan vəziyyətdə idi".

Alpinistlərin çadırda olduqları zaman uçquna düşdükləri ehtimal olunur. Xilasedicilər bildirir ki, alpinstlər gecələmək üçün çadır qurublar və onlar istirahət edən zaman qar uçqunu baş verib.

Xatırladaq ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Xəbər lenti
0