CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iki qız qaçırılıb, polis gənc oğruları axtarır

CC0 / Anemone123 / DesperateQoşulub qaçdığına peşman olan qız, arxiv şəkli
Qoşulub qaçdığına peşman olan qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bəlkə bu gənclər ekzotika həvəskarlarıdır, onlara evliliyin bu üsulu daha romantik, cazibəli gəlib"

BAKI, 15 may — Sputnik. Azərbaycanda "qız qaçırmaq" adətinin tarixi uzaq keçmişə gedib dayanır. Adətən bir-birini sevən gənclər onların evliliyinə mane olan amilləri (ailələrin narazılığı, maddi imkansızlıq və s.) nəzərə alaraq, toysuz-mərasimsiz evlənmək qərarına gəlirlər. Bir müddət ailələrinin qarşısına çıxmasalar da, onların "qəzəbi" sönəndən sonra əksər hallarda barışığa nail olurlar. Bəzən bu izdivac ailələrin razılığı ilə toyla da müşayiət olunur. Bəzənsə, ailələr bu "özbaşına, xeyir-duasız evlilik"lə asanlıqla barışmırlar. Hətta yollarını hüquq-mühafizə orqanlarından salanlar da olur.

Bu hal elə bu günlərdə ölkəmizin paytaxtında müşahidə olunub. Bakının Nərimanov rayonunda iki gənc qız cavan oğlanlar tərəfindən "oğurlanıb".

Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. 

Lotereya, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Lotoreyada pul udan şəxsə qarşı cinayət işi açıldı

Məlumdur ki, 19 yaşlı qızların hər ikisi mayın 13-də 17-ci polis bölməsinin ərazisində qaçırılıblar. Birinci halda 1999-cu il təvəllüdlü Nazlı Kərimova oğurlanıb. Qız günün günorta çağı yoxa çıxıb. Kərimovanın anası onun kim tərəfindən qaçırıldığını bilir. Onu 1996-cı il təvəllüdlü Füzuli rayon sakini Gündüz Həsənzadə qaçırıb. Cavan oğlan qızı evlənmək məqsədilə aparıb. Amma problem ondadır ki, Kərimovanın valideynləri bu halla barışmaq niyyətində deyillər.

İkinci analoji vəziyyət 1999-cu il təvəllüdlü Aysel Cəfərovanın başına gəlib. Bu barədə şikayət ərizəsi ilə qızın nənəsi polisə müraciət edib. O, bildirib ki, saat 14:30 radələrində onun nəvəsi Nərimanov küçəsindən qaçırılıb. Qadın nəvəsini qaçıran cavan oğlanın adını bilməsə də, onun evlənmək məqsədilə bu yola baş vurduğunu ehtimal edir.

Hazırda 17-ci polis bölməsinin əməkdaşları sözügedən gənclərin axtarışı ilə məşğuldur. Polisin ehtimalına görə, qaçırılma qızların öz razılığı ilə baş tutub. Digər tərəfdən isə, vətəndaşların narahatçılığına son qoymaq və asayişi qorumaq onların borcudur.

Bəs qızların razılığı ilə baş tutan bu izdivacla bağlı polisə müraciət özündə nəyi ehtiva edir? Yaxud da, doğrudanmı, bu zəmanədə xəlvəti evliliyə belə zərurət var?

Sputnik Azərbaycan-ın bu suallarını cavablandıran "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyib ki, haqqında bəhs edilən gənclər nikah yaşına çatmış yetkin insanlardır. Onlar öz hərəkətlərinə görə, özləri cavabdehdir. "Əgər "qaçırılma" hadisəsi zorakılıq nəticəsində baş verməyibsə, tərəflərin razılığı ilə baş tutubsa, valideynlərin buna aqressiv yanaşması, məsələyə hüquq-mühafizə orqanlarını qarışdırması düzgün deyil.

"Bu saatdan sonra valideynlərin borcu gənclərin addımını yarğılamaq yox, dəstəkləməkdir. Gənclər bu cür evlilik yoluna baş vurublarsa, onları ayırmaq, onlara qarşı hansısa zorakı üsullara əl atmaq doğru deyil. Çünki bu əks effekt də verə bilər. Valideynlər zamanında uşaqları ailə həyatına hazırlamalı, onlara kiminlə və necə ailə qurmaq barədə öz tövsiyələrini verməli idilər. Əgər vaxtında bunu etməyiblərsə, gənclər də səhvən və ya doğru olaraq bu addımı atıblarsa, böyüklərə də onların ailə həyatını qolaylaşdırmaq düşər" — deyən Ü.Abdullayevaya görə, bir çox ailələrin uğursuzluğunun əsasında məhz ailə böyüklərinin yanlış tərbiyə metodları və davranışları dayanır.

"Gənclik hər zaman haqlıdır" — deyən ekspertin fikrincə, uşaqlar ailədə həyata düzgün hazırlananda, sonra onların problemləri az olur. Ya da onlar öz problemlərinin öhdəsindən rahat bir şəkildə gəlirlər. 

Döymə, arxiv şəkli - Sputnik Azərbaycan
Yüzlərlə "qanuni oğru" Yerevanda cəmləşdi: Ya Sarqsyanın kəlləsi gedəcək, ya da...

"Ailələr övladlarından polisə şikayət etməklə, əslində özlərinin yanlış tərbiyə verdiklərini etiraf etmiş olurlar. Yetkin gənclərin qərarlarını hüquq-mühafizə orqanlarının təzyiqləri ilə geri çevirməyə cəhd göstərmək məncə yanlış metoddur" — deyə Abdullayeva bildirib. O, həmçinin gənclərin də valideynlərini öz addımlarından xəbərsiz və nigaran saxlamaq haqqlarının olmadığını düşünür.

21-ci əsrdə gənclərin "qaçmaq"la evlənmə metodunu seçmələrinə gəlincə, QHT sədri deyib ki, bunu şərtləndirən bir sıra səbəblər ola bilər: "Biz bəhs etdiyimiz gənclərin niyə bu yolu tutduqlarını bilmirik. Bəlkə ailələrin narazılığı vardı, bəlkə hansısa səhv addım onları bu yola vadar edib, bəlkə bu gənclər ekzotika həvəskarlarıdır, onlara evliliyin bu üsulu daha romantik, cazibəli gəlib. Hər halda evlilik həyatına ailələrdə hər hansı narahatlıq yaratmadan, onların xeyir-duasını alaraq başlamaq daha yaxşı olardı. Amma gənclər bu yolu seçiblərsə, ailələr də onların seçiminə hörmətlə yanaşsalar, proses daha ağrısız başa çatar. Mən anlayış göstərməkdən yanayam".

Xəbər lenti
0