ABŞ-ın bu addımı dünya müsəlmanlarını qəzəbləndirəcək

© Sputnik / Игорь Носов / Mediabanka keçidГосударство Израиль
Государство Израиль - Sputnik Azərbaycan
Abunə olmaq
Mərasimlə bağlı fələstinlilər etiraz aksiyaları keçirəcəklər

BAKI, 14 may — Sputnik. Bu gün Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürüləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu gün baş tutacaq açılış mərasiminə ABŞ və İsrail rəsmilərinin qatılacağı gözlənilir. Mərasimlə bağlı fələstinlilər etiraz aksiyaları keçirəcəklər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Qərar dünya dövlətləri, xüsusilə də müsəlman ölkələrinin ciddi narazılığına səbəb olub.

Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək şəhəri öz vahid və bölünməz paytaxtı elan edib. İsrailin bu addımı dünya birliyinin etirazına səbəb olub.

Xəbər lenti
0